Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənilərin təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi
Tarix: 04.08.2017 | Saat: 11:26:00
Bölmə:Dünya | çapa göndər

Türkiyədəki Van gölü sahilində açılmış xalq çimərliyi fəaliyyətini dayandırıb.

Hafta.az "ermenihaber"ə istinadən yazır ki, ermənilər həmin çimərliyin guya buradakı qədim erməni qəbiristanlığının üzərində yaradıldığını iddia edərək, onun qəti şəkildə bağlanmasını istəmişdilər. Hətta Ermənistanda da bu məsələylə bağlı ciddi narazılıq yaranmışdı.

Qeyd edək ki, Edremit Bələdiyyəsi sözügedən ərazidə çimərlik, ətrafında turistləri istifadə edəcəyi ictimai ayaqyolu və avtomobillərin saxlanılması üçün avtopark tikmişdi.

Maraqlıdır ki, yerli hakimiyyət orqanları çimərlik kompleksinin müvəqqəti bağlandığını, ərazidə təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirib. Bu arada, Van protestant kilsəsinin ruhani lideri Vahit Yıldız çimərliyə gələrək, nə baş verdiyini araşdırmaq istəsə də, ona ivazə verilməyib.

Ermənilər haray çəkiblər ki, guya bələdiyyə idarəsi ərazidəki qədim erməni qəbirlərini qazıyıb yük maşınları ilə uzaq dərələrə daşıyır. Guya onlar bununla da erməni varlığının izlərini yox etmək istəyir. Amma ümumilikdə, Ermənistandakı mənbələr Türkiyə rəsmi dairələrinin təzyiq qarşısında Van sahilində açılmış xalq çimərliyini bağladığını iddia etməkdədirlər. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017