Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Antisanitariya yuvasına çevrilmiş Duzlu gölə insan axını güclənib - REPORTAJ
Tarix: 04.08.2017 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Sovetlər birliyi dövründə yay mövsümündə sakinlər dəniz kənarındakı çimərliklərə gedərdilər. Heç kəs də onlardan yer haqqı almazdı. Çünki çimərliklərin sahibi də elə insanlar idi. Artıq çimərliklər ayrı-ayrı şəxslər təəfindən özəlləşdirilib, hamısı da puludur. Açığını desək çimərliklərdə hər cür şərait də yaradılıb. İmkanlılar gedib orada istirahət edir. İmkansızlar isə… Onların gedəcək bir çimərlik yeri var ki, o da Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Duzlu göl çimərliyidir.

Xatırladaq ki, adıçəkilən çimərlik antisanitar şəraitində olduğuna görə, Səhiyyə Nazirliyi tərəfindən orada çimməyə qadağa qoyulub. Əfsuslar olsun ki, qoyulan qadağalara baxmayaraq, paytaxt sakinləri ilə yanaşı, bölgələrdən və xarici ölkələrdən də xəstələr gəlib orada müalicə olunurlar. Duzlu gölə tək xəstələr deyil, sağlam adamlar da gəlib dincəlirlər. Təəssüflər olsun ki, Duzlu göl kimi antisanitar şəraitində olan ərazilərdə çimmək qadağan olunsa da, insan axınının qarşısı alınmır, əksinə, hər il onların sayı artır.
Dünən əsl “plyaj”havası olduğundan, həmin ünvana yollandıq. Çimərliyin girəcəyindən avtomobilləri pulsuz içəri buraxmırdılar, 50 qəpik verib içəri keçirdilər. Göldə çimməyə gələn insanların sayı-hesabı yox idi. Əvvəlki illərlə müqayisədə gölün suyu da artıb. Gölün kənarındakı kafelərin əksəriyyətini isə uçurublar. Antisanitar şəraitində fəaliyyət göstərən kafelərin bir neçəsi sökülsə də, hələ də tullantılar ərazidən çıxarılmayıb. Sökülmüş kafenin sahibləri isə bu cür şəraitdə sakinlərə pivədən tutmuş, çaya kimi xidmət göstərirdi. Çimərliyə gələn insanlar uçurulmuş, üstüaçıq antisanitar şəraitində olan duşlarda yuyunur, kafelərdə isə çay su, pivə içirdi.


Uçurulmuş kafelərin sahibləri Zəngilan və Cəbrayıl rayonundan olan köçkünlərdir. Onların dediklərinə görə, hər il mövsümlə bağlı 2 500 manat icarəpulu veriblər. Bu il havalarla əlaqədar olaraq, gölə az adam gəldiyindən, həmin məbləği verə bilmədik. Bu səbəbdən də antisanitariya vəziyyətini əsas tutub, uzun müddətdir ki, işlətdiyimiz kafeləri sökdülər. Biz 1993-cü ildən burada məskunlaşmışıq. Əvvəllər gölə gələn, ona sahib çıxan yox idi. Elə ki, biz köçkünlər burada dolanışıq üçün balaca bir şərait yaratdıq, əhaliyə xidmət göstərdik, ailəmizi dolandırırdıq, gəlib buralara sahib çıxdılar. Bir bölük külfətimiz var, çörək pulumuz bu kafedən çıxırdı, onu da başımıza uçurdular”.
Əgər həqiqətən də məcburi köçkünlərin dedikləri kimi, hər il mövsüm zamanı Duzlu gölə baxanlara hər kafeni işlədən köçkün 2 500 manat icarəhaqqı verirdisə, eləcə də gölə çimərliyə gələn avtomobil sahibindən 50 qəpik pul alınırsa, bəs nəyə görə Duzlu göl bu cür baxımsız, antisanitar şəraitdə qalıb? Gölün suyu hələ də bulanıq və çirklidir. Gigiyena- epidemiologiya həkimlərinin, eləcə də mütəxəssislərin dedikləri kimi, bura gələn insanlar mənşəyi məlum olmayan və qarşısıalınmaz xəstəliklərə, viruslara tutula bilərlər. Hər birimiz üçün sağlamlığımız daha vacibdir. Əgər həqiqətən də dövlət, Səhiyyə Nazirliyi tərəfindən bu adıçəkilən göldə çimərliyə qadağa qoyulubsa, nəyə görə bu qadağaya aidiyyəti qurumlar tərəfindən əməl edilmir?


Xatırladaq ki, Duzlu gölün suyu müalicəvi əhəmiyyətli olduğunu bura gələn xəstə adamlar da təsdiqləyr. Keçən mövsümdə Duzlu gölə gəlmişdim. Tümen vilayətindən bir həmyerlimiz gəlib göldə çimirdi. Söylədi ki, ayaqları tutulduğundan yeriyə bilmirdi. Çox yerlərə, xəstəxanalara gedib, həkimlər müalicə edə bilmədilər. Hətta İsraildəki “Ölü” göldə də olub. Onun da suyu kömək etmədi: «Bir israilli həkim mənə dedi ki, dünyada müalicəvi əhəmiyyətli iki göl var. Biri, İsraildəki “Ölü” göl, o birisi isə sizin ölkənizdə Bakı şəhərində olan Duzlu göldür. Bizim gölün suyu və palçığı sizin göl kimi təsirli deyil. Sizdə palçığın bir kiloqramını 50 qəpiyə satırlar, bizdə isə 50 ABŞ dollarıdır. Sizin gölün əvəzi yoxdur. Təəssüflər olsun ki, sizdəki o cür göl baxımsız qalıb, antisanitariya yuvasına çevrilib. Halbuki sizdəki Duzlu gölün suyu və palçığı ilə çox xəstəlikləri müalicə etmək olar. Əgər o göl İsraildə olsaydı, indi oranı böyük sanatoriya, müalicə ocağına çevirmişdilər və dünyanın hər yerindən ora xəstə insanlar gəlib şəfa tapardılar. Gölə baxanda adamın ürəyi ağrıyır”.
Tanınmış burun-boğaz həkimi Əhliman Bayramovu da göldə gördük, dostları ilə göldə çimirdilər. Həkim Əhliman Bayramov “Həftə içi”nə Duzlu gölün çox böyük müalicəvi əhəmiyyətə malik olduğunu söylədi: ”Ancaq antisanitariya şəraitindədir. Özüm də gəlib burada şəfa tapıram. Necə olur ki, 200 min manatlıq avtomobilin sahibi maşını iə gəlib burada yer tutur, çimir, sayı-hesabı olmayan insanlar, hətta Rusiyadan, xarici ölkələrdən belə insanlar gəlir. Girəcəkdə pul alırlar, amma buranın təmizliyinə fikir vermirlər. Yaxşı olardı ki, dövlət səviyyəsində bu gölə nəzarət olaydı. Burada insanların istirahəti üçün hər cür şərait yaradılardı. Bu gün sinir, diz, bir sıra ağrılardan əziyyət çəkən onminlərlə soydaşımız müalicə almaq üçün xarici ölkələrə üz tutmayaydılar, aparıb, boş yerə pullarını orada xərcləməyəydilər”.
Yazıçı-publisist, “Dünya” qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu 2 ildir ki, gölə gəldiyini deyir. Onun sözlərinə görə, burun- nəfəs yolları xəstəliyindən əziyyət çəkirdi: “Hər gün allergiyadan burnum tutulurdu. Sağ olsun Əhliman doktoru. Mənə məsləhət gördü ki, Duzlu gölə gəlim. Keçən il 10 gün fasiləsiz gölə gəldim. Hətta gölün bu çirkli suyunu burnuma kimi çəkdim. Burnumdan çoxlu miqdarda çirkli su gəldi. Artıq xəstəlikdən əsər-əlamət qalmayıb, indinin özündə də gəlirəm. Yaxşı olardı ki, göldə çimməyə qadağa yox, onun təmizliyinə fikir veriləydi, sakinlərin istirahəti üçün normal şərait yaradılaydı”.


'Duz gölün ətrafındakı qanunsuz obyektlər sökülməsi və antisanitar şəraiti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov “Həftə içi”nə bildirdi ki, Duzlu göldən çimərlik kimi istifadə hələ illər öncədən qadağan edilib. Buna baxmayaraq, bəzi şəxslər tərəfindən həmin ərazidə qanunsuz obyektlər tikilərək, insanlara xidmət göstərir. Üstəlik, Duzlu göl və onun ətrafı da daxil olmaqla, 15 hektarlıq böyük bir ərazi ''Şor Gölü'' Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındadır. Yəni orada sökülən qanunsuz obyektlər torpaq sahibinin müraciəti əsasında aparılıb. Bu antisanitariya şəraiti ilə əlaqədar adıçəkilən cəmiyyət məhkəməyə və aidiyyəti qurumlara müraciət edib. Məhkəmə həmin ərazidəki qanunsuz obyektlərin sökülməsi ilə bağlı qərar qəbul edib. Söküntü işləri də bu qərar əsasında aparılır. Duzlu göl ətrafındakı antisanitar vəziyyət tam təmizlənəcək və ərazidə abadlıq işləri aparılacaq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017