Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnsan əlinin möcüzəsi: Ras Əl-Heymə
Tarix: 07.08.2017 | Saat: 13:45:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Neçə vaxtdır sosial şəbəkələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Əl-Heymə əmirliyi ərazisində qurulan Azad Ticarət Zonası – RAKEZ barəsində reklam çarxı yerləşdirilir və dünyanın hər yerindən sərbəst biznes qurmaq istəyənlər ora investisiya yatırmağa həvəsləndirilir.

Qeyd edilir ki, hər cür vergidən azad olacaq əcnəbi vətəndaşlar RAKEZ-də iş qurmaq istəyirlərsə rahatca vəsait yatıra bilərlər. Yatırımçılar istədikləri qədər sərmayə qoya bilərlər, amma minimum hədd 4 min dollardır. Bu da o deməkdir ki, 4 min dollar olan istənilən şəxs RAKEZ-də öz fəallığı və işə can yandırması nəticəsində milyonçu ola bilər…

Bizə də bəllidir ki, RAKEZ strateji mövqedə yerləşir, Yaxın Şərq, Şimali Afrika, Avropa, eləcə də Cənubi və Orta Asiyanın gündən-günə genişlənən bazarlarını özündə birləşdirir.

Qeyd edək ki, RAKEZ 2000-ci ildə RAK Azad Ticarət Zonasının, 2005-ci ildə isə RAK İnvestisiya İdarəsinin yaradılması ilə başlayan prosesin davamıdır. Bu Azad Ticarət Zonası 50-dən artıq sektor üzrə, 100-dən çox ölkədən təxminən 13 min çoxmillətli şirkətin üstünlük təşkil etdiyi iş yeridir.

Ümumiyyətlə, Ras Əl-Heymə əmirliyi Azərbaycan və dünya üçün iqtisadi-ticarət müstəvisində çoxmu faydalıdır? Qısaca nəzər yetirək:
BƏƏ deyəndə ilk ağla Dubay və ya siyasi paytaxt olaraq Əbu Dabi gəlir. Amma indi durum dəyişir - Ras Əl-Heymə adlı üçüncü əmirlik də sürətli inkişafı, əsrarəngiz dəniz çimərlikləri və yüksəkkeyfiyyətli otelləri ilə diqqəti özünə yönəltməkdədir.

Ras Əl-Heymə əmirliyi BƏƏ bayrağı altında birləşən (10 fevral 1972-ci ildə) 7 əmirlikdən biridir. Ölkənin şərqində - Oman burnu ərazisində yerləşir. Sahəsi təxminən 1700 kvadratkilometr olan əmirliyin şimalda Ərəb körfəzinə 64 kilometr məsafədə çıxışı var. Yeganə şəhər tipli yaşayış məntəqəsi eyniadlı Ras Əl-Heymədir. Əmirliyin əhalisinin sayı 300 min nəfər civarındadır.
Əmirliyin başçısı əmir Seyx Səud bin Saqr əl-Qasimidir.

Ras Əl-Heymə əmirliyi ilə Azərbaycan arasında da isti münasibətlər gündən-günə genişlənməkdədir. Azərbaycanın BƏƏ-dəki səfiri və Dubaydakı baş konusulu da vaxtaşırı adıçəkilən əmirliyə gedərək, rəhbər şəxslərlə görüşüb, ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə edirlər. Hətta onlar Ras Əl-Heymə əmirliyinin iş adamlarını ölkəmizə investisiya yatırmağa da çağırıblar..

Bu arada qeyd edim ki, əmir Şeyx Səud əl-Qasimi də Ras Əl-Heymə ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə səy göstərir və bütün görüşlərdə bunu respublikamızın təmsilçilərinin diqqətinə çatdırır.

Maraqlıdır, tərəflər hansı sahələrdə daha çox əməkdaşlıq edə bilərlər? İlk növbədə qarşılıqlı investisiyaların yatırılması, turizm sahələrində əlaqələrin gücləndirilməsi, kənd təsərrüfatı sahəsində (Ras Əl-Heymə BƏƏ-nin digər 6 əmirliyi ilə müqayisədə ən çox yağış düşən ərazisidir. Məsələn, Əbu Dabinin çöllərinə ildə 60-70 millimetr yağıntı düşürsə, Ras Əl-Heymədə bu miqdar 300 millimetrdir – V.T.) əməkdaşlığın edilməsi mənfəət gətirərdi. Sonra da ki, ərazisi kiçik olsa da, əslində dağlıq bölgədə yerləşən Ras Əl-Xeymə torpaqları faydalı qazıntılarla zəngindir. Yəni ehtiyyatı o qədər böyük olmasa da, yeraltı mədənləri çoxdur və müəyyən investisiya qarşılığında hasilatı mümkündür.

Üstəlik, bu gün Ras Əl-Heymədə sürətlə inkişaf edən Azad Ticarət Zonasında azərbaycanlı iş adamlarına və investisiyasına böyük maraq var. Hətta sövq etmək məqsədilə yerli hökumət lazımi şərait də yaradır.

Qeyd edim ki, bir müddət öncə Ras Əl-Heymə Azad Ticarət Zonasında yerləşən əmirliyin turizm və investisiya qurumlarında hər iki sektor üzrə mövcud imkanlar və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilib, təqdimatlardan sonra isə RAKEZ sədri Şeyx Əhməd bin Səud əl-Qasimi ilə görüş keçirilib.

Bu yerdə kimsə sual verə bilər ki, cəmi 1,7 min kvadratkilometr, gözqaraldan qumlu səhralardan ibarət ərazisi olan Ras Əl-Heymə Azərbaycan üçün iqtisadi cəhətdən nə qədər maraqlı ola bilər? Deyim ki, bu əmirlik iqtisadi-maddi maraqları tam qarşılayır. Çünki Ras əl-Heymənin nisbətən kiçik olan ərazisi səhra, dağ və dəniz turizmi üçün əlverişli şəraitə malikdir. Məhz bu şəraitə görədir ki, yuxarıda qeyd etdiyim kimi, 420 min əhalisi olan əmirlikdə 20-dən çox beşulduzlu otel fəaliyyət göstərir (“Hilton Ras Al Khaimah”, “Waldorf Astoria Ras Al Khaimah”, “Hilton Ras Al Khaimah Resort & Spa”, “Al Hamra Residence & Village”, “Cove Rotana Resort”, “Mangrove by Bin Majid”, “Golden Tulip Khatt Springs Resort & Spa”, “Hilton Al Hamra Beach & Golf Resort”, “Doubletree By Hilton Ras Al Khaimah” və başqaları. Ümumiyyətlə, bu əmirlikdə mövcud olan 200-dən çox otel turistlərə unudulmaz anlar yaşadır ki, onlardan təxminən 80-i inzibati mərkəz olan Ras Əl-Heymədə, 60-ı Əl-Farada, 30-u Əl-Fulayyahda və sair fəaliyyət göstərir – V.T.).

Onu da nəzərə çatdırım ki, Ras Əl-Heymənin otelləri ən yüksək şəraitə malik olsalar da, Dubay və Əbu Dabi ilə müqayisədə üç dəfə ucuzdur. Ona görə də səhra (Cabal Yibir, Cabal Yis, Cabal Acla, Cabal Safad kimi safari turların keçirildiyi dağlar) və dəniz turizmini sevən turistlər üçün bura müstəsna əhəmiyyətlidir. O cümlədən, qışda isti məkan arayan, xüsusilə Yeni ili isti sulu çimərliklərdə və ya safari kefi ilə qarşılamaq istəyən Azərbaycan vətəndaşları da bu fürsətdən yararlana bilər. Onu da nəzərə çatdırım ki, Dubay hava limanından Ras Əl-Heyməyə vur-tut 45 dəqiqəlik yoldur…

BƏƏ-də seçilən və tanınan “Al Manar Mall” və “RAK Mall” da məhz Ras Əl-Heymədə turistlərin sevimli alış-veriş yerləridir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017