Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meşələrə nəzarət gücləndirilib - MÜSAHİBƏ
Tarix: 07.08.2017 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Sadiq Salmanov: “Yanğın baş verməsin deyə, vəziyyət tam nəzarətdədir”

Havaların isti və quraq keçməsi yanğın təhlükəsini artırır. Xüsusən də təbiət qoynunda – meşə, dağ və digər məkanlarda istirahət edənlərin nəzarətsiz ərazilərdə ocaq yandırması yanğın hadisələrinin baş verməsi ilə nəticələnir.
Xoşagəlməz hadisələrin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə hafta.az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Salmanov cavablandırıb.
- Yanğınların başvermə səbəbi nə olur? Yəni necə etmək olar ki, yanğın baş verməsin?
- Azərbaycanda baş verən yanğınların əksəriyyəti ehtiyatsız rəftar və taxıl biçimindən sonra kövşənlərin yandırılmasından baş verir. Ona görə də hər il olduğu kimi, bu il də nazirlik meşə ərazilərində olarkən, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, odla ehtiyatlı davranmaq barədə əhaliyə müraciət edib və vətəndaşları meşələrimizi qorumağa çağırıb. Eyni zamanda, həm nazirliyin mərkəzi aparatında, həm də meşə mühafizəsi və bərpası müəssisələrində sutkalıq növbətçiliklər təşkil edilib. Yanğına qarşı mübarizə qrupları təşkil olunub. Bu qruplar tərəfindən mütəmadi olaraq meşə ərazilərində monitorinq keçirilir və əhali arasında maarifləndirmə işləri aparılır.
- Tendensiya necədir, yəni maarifləndirmənin yanğın hadisələrinin artıb-azalmasına təsiri varmı?
- Nazirliyin həyata keçirdiyi təbliğat və maarifləndirmə işləri, eləcə də mühafizə tədbirlərinin gücləndirilməsi nəticəsində meşə yanğınlarının sayı və yanan meşələrin sahəsi ilbəil azalmaqdadır.
Yay mövsümünə keçidlə əlaqədar olaraq nazirliyin regional qurumlarında yanğınlara qarşı mühafizə tədbirləri gücləndirilib. Hətta bunun üçün sözügedən qurumlar müasir və lazımi avadanlıq, qurğularla təmin edilib. Bundan əlavə, mütəmadi olaraq meşəlik ərazilərdə reydlər keçirilir. Vətəndaşların istirahəti üçün bəzi ərazilər müəyyənləşdirilib. Onlar çeşmələrin, bulaqların, su qaynaqlarının yanındakı, yaxud yaxınlığındakı məkanlardır. Bu ərazilər vətəndaşlara sahibkarlar tərəfindən təqdim edilir.
- Hansı ərazilərdə yanğın təhlükəsi gözlənilir?
- Yanğınlar hər yerdə baş verə bilər. Bütün meşə ərazilərində belə bir təhlükənin qeydə alınması mümkündür. Əsasən də taxıl biçini aparılan ərazilərdə belə ehtimal daha yüksəkdir. Ona görə də sözügedən məkanlarda mütəmadi olaraq reydlər keçiririk ki, kövşənlər yandırılmasın və yanğınlar baş verməsin.
- Vətəndaşların səhlənkarlığı ucbatından meşə yanğınlarına görə hansı cəza tədbirləri nəzərdə tutulub?
- Cərimələnmə və digər inzibati cəzalar yanğınların növlərindən və onların meşə fonduna və yaşıllıqlara vurduğu ziyandan asılıdır. Ona görə də yanğın baş verən əraziyə baxış keçirir, yanğının bilərəkdən, yaxud bilməyərəkdən törədildiyi araşdırılır. Son nəticədə, meşə fonduna dəymiş ziyan müəyyənləşdirilir və müqəssirlərə cərimələr tətbiq edilir.
- Bu mövsüm ərzində neçə hektar ərazidə yanğın qeydə alınıb?
- Mövsum başlayandan bəri iki dəfə yanğın olub. Təxminən, 15 hektara qədər ərazidə yanğın baş verib ki, bu zaman meşə fonduna heç bir ziyan dəyməyib.
Yanğınların iki növü var - aşağı yanğınlar və yuxarı yanğınlar. İntensivliyinə görə isə yanğınlar 3 yerə bölünür – zəif, orta, güclü. Azərbaycanda baş verən yanğınlar orta yanğınlar olur. Bizdə əsasən enliyarpaqlı meşələr olduğu üçün aşağı yanğınlar baş verir. Hazırda havaların isti keçməsi ilə əlqədar bəzi meşə örtüklərinə giriş məhdudlaşdırılır.
- Hər hansı böyük miqyasda yanğın baş verəcəyi təqdirdə, qarşısını alacaq texniki avadanlıq varmı?
- Kifayət qədər avadanlığımız, qurğumuz və peşəkar işçilərimiz var. Yanğınların baş verməsinin qarşısının dərhal alınması, baş verən yanğınların qısa müddətdə söndürülməsi üçün hər bir şəratimiz var.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə birgə tədbirlər planımız var ki, biz onlarla birgə maarrfiləndirmə işi aparırıq, əhalinin yanğın zamanı necə hərəkət etməli olduğunu öyrədirik.
Hazırda havaların isti və quraq keçməsi ilə əlaqədar regionlarda lazımi texniki avadanlıqlar hazır vəziyyətə gətirilib, hər saat regionlarla əlaqə saxlanılır və tədbirlər barədə məlumat verilir. Yanğın baş verməsin deyə vəziyyət tam nəzarətdədir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.10.2017
19.10.2017
“Ordu çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi” – Riyaz Sarıkahya
“Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq” – Ayaz Mütəllibov
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu”
“Helsinki Komissiyasının dinləmələri Ermənistana dəstək xarakterlidir” – Fazil Mustafa
Şimali İraqda ara qarışdı- KƏRKÜKDƏN ÖZƏL FOTOLAR
Helsinki Komissiyası münaqişəyə ikili standatlarla yanaşır – BAXIŞ BUCAĞI
"Kitab ərəb dilinin tədrisində faydalı olacaq" - Əhməd Sami Elaydi
Prezidentlərin Cenevrə görüşü – İLKİN VƏ SONUN BAŞLANĞICI
Sahibkar Şamaxı RİH başçısından şikayətçidir - REPORTAJ