Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ən hündür bayraq dirəyinin texniki baxışına başlanıldı – RƏSMİ AÇIQLAMA
Tarix: 09.08.2017 | Saat: 11:00:00
Bölmə:Gündəm | çapa göndər

“Üç gündür Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin texniki baxışına başlanılıb. Məqsəd dəmir konstruksiyaların dayanıqlığını öyrənməkdir. Həmin dirək hissələrinin bu illər ərzində nə dərəcədə dayanıqlı olmasını öyrənmək istəyirik. Bayraq dirəyində korroziyanın gedib-getməməsi, detalların hər hansının sıradan çıxıb-çıxmaması bizim üçün olduqca vacibdir. Bu məqsədlə artıq dirəyin sökülməsi işlərinə başlanılıb” .

Bunu hafta.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib. N.Məcidovun sözlərinə görə, idarə texniki baxışın nə qədər çəkəcəyini əvvəlcədən proqnoz verə bilməz:

“Çünki dirəyin içərisində hansı proseslərin getdiyini hələ ki, bilmirik. Bu əsaslı baxış olduğu üçün Dövlət Bayrağı dirəyinin bütün detalları yoxlanılacaq. Əgər hər hansı problem əmələ gələrsə, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək. Dirəyin öz yerinə bərkidilməsinin hansı müddətə reallaşacağını da bildirəcəyik. Həmin texniki baxışı həyata keçirmək üçün bizim özümüzdə avadanlıqlar var. Fövqəladə Hallar Nazirliyi və digər qurumlar bu işdə bizə dəstək verir. Bu, yetərli olmasa, xarici şirkətlərə də müraciət edəcəyik”.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri onu da qeyd edib ki, Dövlət Bayrağı Meydanında quraşdırılan bayraq dirəyi mütəmadi olaraq texniki baxışdan keçirilir:

“Bayraq dirəyi mürəkkəb texniki quruluşa malikdir. Həmin məkanın inşasına 2007–ci ildə başlanılıb. Açılışı 2010-cu ildə olub. Uzun müddətdir ki, yağışın, küləyin, qarın və digər təbii amillərin təsiri altındadır. Biz bayraq dirəyində hansı proseslərin getdiyini öyrənmək üçün texniki baxış məqsədi ilə onu hissə-hissə sökürük. Artıq bir aydır ki, texniki baxışa hazırlıq işləri görülür. Dirəyin yuxarısından aşağısına tam nəzarət etmək üçün hündür kran lazım idi. Bildiyiniz kimi bayraq dirəyinin yerləşdiyi ərazi insanların sıx olduğu yerdir; bir tərəfi avtomobil yoludur, digər tərəfi isə bulvar. Təhlükəsizliyi təmin etmək üçün bəndlər quruldu ki, insanlar həmin yerin yaxınlığından keçməsin”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev