Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avtobusların yenilənməsi istiqamətində işlər aparılır” – Mais Ağayev
Tarix: 09.08.2017 | Saat: 11:27:00
Bölmə:Sosial | çapa göndər

Anomal istilərin hökm sürdüyü son iki gündə ictimai nəqliyyatdakı çatışmazlıqlarla bağlı redaksiyamıza bir neçə məlumat daxil olub. Sakinlər bildirirlər ki, bir sıra marşrut avtobuslarında havalandırma sisteminin olmaması onların yol rahatlığını əlindən alıb. Bəziləri pəncərələrin, tavan “lük”larının açılmamasından şikayətlənir.

Ən maraqlı məqam isə paytaxtımızın müasir standartlara cavab verən BakuBusları avtobusu ilə bağlı şikayətlərin daxil olmasıdır. Şikayətçilərin sözlərinə görə, ötən gün 6 və 125 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda havalandırma sisteminin vurulmayıb. Sakinlər sürücüdən kondisioneri işlək vəziyyətə gətirməsini deyəndə o, “bir dəqiqə olar ki, havalandırma sistemi işlək vəziyyətdədir” – deyib. Onların sözlərinə görə, anomal istilərin hökm sürdüyü bu günlərdə sürücülər səhlənkarlıq edərək havalandırma sistemini vaxtında işə salmırlar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun sözçüsü Mais Ağayev hafta.az-a açıqlamasında bildirdi ki, 6 və 125 saylı marşrut xətləri üzrə hərəkət edən BakuBus avtobusları ən müasir ictimai nəqliyyat vasitələridir:

“Onlar texniki göstəriciləri beynəlxalq standartlara tam cavab verir. Havalandırma sistemləri də var. İşlək vəziyyətdədir. Faktı araşdıracağıq. Havalandırma sisteminin qoşulmamasında sürücünün günahının olub–olmaması araşdırılacaq. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Digər marşrut xətlərində avtobusların yenilənməsi, həmin ictimai nəqliyyat vasitələrində də havalandırma sistemlərinin quraşdırılması istiqamətində işlər aparılır”.

Məsələni diqqətdə saxlayacağıq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017