Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Tarix: 09.08.2017 | Saat: 12:08:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Xəbərdarlığa gəlincə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11- də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, avqustun 10-11- də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıa gəlincə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Böyük Qafqazın bəzi dağ
çaylarında sululuğun artacağı ehtimal olunur.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2017
18.12.2017
17.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev