Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Goranboyda 12-ci əsrə aid əşyalar tapıldı – VİDEO
Tarix: 09.08.2017 | Saat: 14:54:00
Bölmə:Bölgə Hadisə Video | çapa göndər

Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb.

ARB 24 xəbər verir ki, tapıntılar rayonun Borsunlu kəndində boru kəmərinin çəklişləri zamanı üzə çıxıb.

Arxeloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə müxtəlif formalı gil qablar, rəngli kasalar tapılıb. Üzərində müxtəlif naxışlar, bəzəklər olan gildən hazırlanan qablar 900 ilə yaxın vaxt keçməsinə baxmayaraq öz keyfiyyətini itirməyib. Borsunlu kəndi ərazisində tapılan 30-a yaxın eksponat Goranboy Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib.

Tapılan əşyalar arasında kubok formalı iri qablar, böyük qapaqlar, bardaqlar daha çox diqqət çəkir. Tarixçilər bunun ərazidə sənətkarlığın inkişaf etdiyini, şəhər mədəniyyətinin formalaşdığının göstəricisi olduğunu deyir. Məişətdə istifadə olunan əşyaların hazırlanması həmin dövr insanları üçün o qədərdə çətinlik yaratmayıb.

Borsunlu ərazisində tapılan maddi-mədəniyyət nümunələri geniş arxeloji qazıntı işlərinin aparılmasını labüd edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017