Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əlavə rüsuma görə beş nəfər Həcc ziyarətindən imtina edib
Tarix: 09.08.2017 | Saat: 17:21:00
Bölmə:Gündəm | çapa göndər

Məlum olduğu kimi, Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər. Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etsə də, sonradan bu qayda Ümrə ziyarəti üçün ləğv olunub.
Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 535 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.

Qeyd edək ki, ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub. Bu ilə isə dolların məzənnəsi ilə bağlı olaraq qiymətlərdə bir qədər artım var, üstəgəl bura ikinci dəfə gedənlər üçün rüsum da əlavə olunub.

Bəs görəsən, bu qayda azərbaycanlı zəvvarların sayına təsir edibmi? Sualla Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu həyata keçirən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (QMİ) müraciət etdik.


Qurumun əməkdaşı Hacı Hacıyev bildirdi ki, qaydaya əsasən, 2014-15-16-cı illərdə Həcc ziyarətinə gedənlər bu il təkrar gedəcəyi təqdirdə 535 dollar əlavə rüsum ödəməlidir: “Bu o şəxslər üçündür ki, onlar ikinci dəfə Həcc ziyarətində olacaqlar. İlk dəfə gedənlər bu rüsumdan azaddır”.

Müsahibimiz deyir ki, bütün ölkələrdən gedən zəvvarların Səudiyyə Ərəbistanının Həcc Nazirliyində ziyarətöncə siyahısı hazırlanır və o elektron formada nazirliyin bazasında saxlanılır: “Zəvvar buradan viza almaq üçün Səudiyyə Ərəbistanının səfirliyinə müraciət etdiyində həmin göstəriciliər onların Həcc Nazirliyinin bazasında çıxır və oradan avtomatik bizə yönləndirilir. Bununla da məlum olur ki, şəxs artıq ikinci dəfə Həccə getmək istədiyi üçün ondan əlavə rüsum tələb olunur”.


H.Hacıyev deyir ki, Həcc ziyarətinə ikinci dəfə getmək istədiyinə görə, bu il təxminən 60 nəfərdən 535 dollar rüsum tələıb olunub, onlardan 5 nəfəri 535 dolları ödəyə bilməyəcəyinə görə sənədlərini geri götürüb: “Bu bizdən asılı deyil, Səudiyyə Ərəbistanı rəsmilərinin Həcc ziyarəti ilə bağlı qərarıdır. Ona görə hər hansı köməklik etmək və ya qərarı dəyişmək bizim idarənin imkanı xaricindədir”.


Məsələyə münasibət bildirən Qarabağ seyid ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyir ki, bütün hallarda Səudiyyə tərəfinin qərarından narahat deyil: "Çünki təkcə Azərbaycanda ölkəsinin imkansız şəhid ailəsi, ehtiyac içində yaşayanlarının olmasına baxmayaraq, 10-20 dəfə Həccə ziyarətinə gedənlər var. Bu həmin adamlardır ki, Səudiyyənin hər hansı qadağa, rüsum tətbiqinə baxmayaraq yenə də gedəcəklər. Bizim məmləkətimizin on minlərlə şəhid, qazi ailəsi, bir milyondan artıq qaçqın və məcburi köçkünü varkən 1-2 dəfə Həcc ziyarətinə getməklə kifayətlənib, ora getdikləri sərmayəni bura qoya bilərlər. Həcc ziyarətinə gedib dinin qaydalarına həqarət edən yüzlərlə insan var”.


C.Əzimbəyli deyir ki, Səudiyyə Ərəbistanının məlum qərarı Həccə getmək istəyən orta təbəqəyə təsir edəcək: “İldə 10-15 dəfə Həccə gedənlər üçün bu elə də əhəmiyyətli deyil, lap istəyir 500 deyil, 50 min dollar rüsum qoysunlar. Onlar yenə yenə turist səfərlərinə davam edəcəklər. Çünki onların bir çoxunun səfəri ziyarətdən çox, turist səfəri mahiyyəti daşıyır”.


Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Ötən il 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir. Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.


Zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev