Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Balaxanı qəsəbəsində abadlıq işləri aparılır - REPORTAJ
Tarix: 09.08.2017 | Saat: 20:00:00
Bölmə:Reportaj | çapa göndər

Artıq paytaxtda payız- qış mövsümü ilə bağlı hazırlıq işləri aparılır. Görülən işlərlə bağlı ətraflı məlumat əldə etmək üçün bu dəfə yolumuzu paytaxtın qədim qəsəbələrindən biri olan Balaxanıdan saldıq. Əvvəlcə Milli Ordu küçəsində olduq. Ölkə başçısının sərəncamı əsasında həmin küçənin mərkəzi marşrut yolu standartlara uyğun olaraq yenidən qurulub və asfaltlanıb. Həmin ərazidə Balaxanı Bələdiyyəsi tərəfindən park salınıb. Bələdiyyə tərəfindən adıçəkilən istirahət guşəsində abadlıq və bərpa işləri aparılıb. Parkda çoxlu sayda bəzək ağacı əkilib. Daxili yollara tamet daşlar döşənilib, “söhbətgahlar”, küçə işıqları quraşdırılıb, oturacaqlara kimi qoyulub. Ağacların suvarılması üçün su xətlərinə kimi çəkilib. Bir sözlə, qəsəbə Parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. 

Qəsəbə qəbiristanlığında da olduq. Kənd qəbiristanlığı ərazisində də abadlıq, təmizlik və bərpa işləri aparılıb. Qəsəbə Bələdiyyəsinin sədri tərəfindən kənd qəbiristanlığına Vüqar Şeydabəyov rəis təyin edilib. Vüqar Şeydabəyov qəbiristanlıqda aparılan bərpa və təmizlik işlərindən danışdı. Onun sözlərinə görə, qəbiristanlığın ərazisi zibilliklərdən və alaq otlarından təmizlənib: ”Qəbiristanlığa içməli su xətti çəkilib. Burada yerləşən və VII əsrdə tikilmiş Hacı Şəhla məscidi bu günə kimi baxımsız qalmışdı. Tamamilə uçub-dağılmaq təhlükəsi ilə üz-üzə idi. Qısa bir zamanda memarlıq baxımından məsciddə bərpa işlərini başa çatdıracağıq. Eyni zamanda, məscidə yaxın, tarixi 1427-ci ilə gedib-çıxan Şakirağa türbəsində də bərpa və təmir işləri aparacağıq. Adıçəkilən türbə memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur. Xalq arasında İmarət adlandırılan bu bina, ehtimala görə, mehmanxana olmuşdur. Abidə günbəzlə salondan və fasaddakı çıxıntılı promoldan ibarətdir. Hər iki bina Abşeron binaları üçün xarakterik olan yonulmuş daşdan tikilmişdir”.


Balaxanı Bələdiyyəsinin sədri Vüsalə Səlimova qəsəbədə bələdiyyənin gördüyü işlərdən danışdı. Onun sözlərinə görə, 2 hektar ərazisi olan qəsəbə parkında bələdiyyə tərəfindən abadlıq, təmir və bərpa işləri aparılaraq, paytaxtın gözəl istirahət guşələrindən birinə çevrilb: “Qəsəbənin mərkəzi Cahangir Nəcəfov, Dirçəliş və Səfəvilər küçələrinin daxili yolları yaxın günlərdə asfaltlanacaq, eləcə də Bələdiyyə binası təmir ediləcək. Fazelanda adlanan yeni yaşayış massivində Həsən Əliyev küçəsinin yollarında təmir işləri artıq başa çatıb. Eləcə də Rahib Qədimov küçəsinin bir hissəsinin yollarına asfalt örtük vurulub. Səfəvilər, Milli Ordu və M.Ə. Sabir küçələrində isə işıqlandırma yenidən qurulub”.
Bələdiyyə sədri qəsəbədə məişət tullantılarının vaxtlı-vaxtında daşındığını dedi. Söylədi ki, “2-ci Mədən” ərazilərində lazım olan yerlərdə bələdiyyə tərəfindən zibil meydançaları tikilib: ”Qəsəbədə təmizliyə ciddi fikir verilir. Həftədə, ən azı, 2-3 dəfə zibil maşınları gəlib, ərazidən məişət tullantılarını yığıb-aparır. İşlərimizi planlı şəkildə qururuq. Layihələrimiz və görülən işlərimiz çoxdur. Çalışacağıq ki, qısa bir zamanda Balaxanı paytaxtın abad qəsəbələrindən birinə çevrilsin”.
Baxmayaraq, son illərdə Balaxanı qəsəbəsində bir sıra işlər görülüb, Dövlət Proqramı çərçivəsində qəsəbəyə içməli su xətti çəkilib. Hər bir evə su sayğacları qoyulub. Amma qəsəbənin problemləri də az deyil. Süleyman Rəhimov, Sadıq Rəhimov küçələrinin torpaq, çala-çuxur yolları hələ də təmir olunmayıb.
Yaşar Qurbanov, Vüsal Əliyev, eləcə də digər sakinlər dedilər ki, 2003-cü ildə bu massiv salnıb: ”Ən azı, 15 küçəni özündə birləşdirən Yeni Yaşayış massivində, təxminən, 10 mindən çox əhali yaşayr. Yollarımız bərbad vəziyyətdədir. Torpaq yollarda çalalar dərin olduğundan, avtomobillərin altı yerə dəyir. Yayda toza, yağışlı günlərdə isə palçığa batırıq. Halbuki, qəsəbə ərazisində 3 asfalt zavod fəaliyyət göstərir. Qəsəbəyə hələ də kanalizasiya xətti çəkilməyib”.
Sakinlər yaşadıqları yaşayış massivində bu günə kimi məktəb, uşaq bağçası və poliklinikanın olmadığını da söylədilər. Bildirdilər ki, hətta adıçəkilən sosial obyektlərin tikintisi üçün yer də ayrılıb. Xəstəxana olmadığından, xəstələri Sabunçu və Bakıxanov, şəhər xəstəxanalarına aparmaq məcburiyyətində qalırıq. Uşaqlarımız Sabunçu və Bakıxanov qəsəbələrində fəaliyyət göstərən orta məktəblərdə təhsi alırlar. Şəhərdən, yəni “8-ci Kilometr” Bazarının yanından qəsəbəmizə 105 saylı marşrut avtobusu işləyir. Üç qəsəbəyə bir avtobus işlədiyindən, avtobusun içi basabas olur və bu səbəbdən də sakinləri vaxtlı-vaxtında mənzilbaşına çatdıra bilmir.Yeni dərs ilində uşaqlarımızı məcbur olub taksi ilə məktəbə aparmalı oluruq. Beş nəfər birləşib bir taksi tuturuq. Taksi sürücüsü adambaşına bizdən 30 manat alır. İmkansız adamlarıq, buna da maliyyə imkanımız yol vermir. Yaşadığımız küçələrdə küçə işıqları yoxdur. Gecələr sahibsiz itlər sürü halında gəzişir, sakinlərə hücum edir. Hava qaralanda qadın və uşaqlar qorxu içində küçəylə gedib-gəlirlər.Yaxşı olardı ki, heç olmasa, 50-100 metrdən bir elektrik dirəkləri basdıraydılar və həmin dirəklərə elektrik fanarı asaydılar ki, gecələr küçəmiz işıqlı olardı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev