Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
700 bal toplayanlar xaricdə hansı universitetdə təhsil alacaq? – SORĞU
Tarix: 10.08.2017 | Saat: 14:11:00
Bölmə:Siyasət | çapa göndər

İlk dəfə Azərbaycan təhsil sistemində maksimum bal toplayan abituriyentlər 2007 – ci ilin qəbul imtahanlarından sonra göstərdiyi nəticələrlə ölkəmizin elm tarixinə adlarını həkk etdirdilər. Hazırda 700 bal toplayan abituriyentlərin sayı 102 nəfərdir. Onlardan da 15 nəfəri 2016 – 2017 – ci tədris ilində 700 bal toplayaraq president təqaüdünə layiq görülüb.

Onların bir neçəsi hafta.az-a açıqlamalarında xaricdə təhsil almaq arzularından danışıblar. Hər biri fərqli-fərqli ölkələrin universitetlərinin adlarını çəkib. Türkiyədə oxumaq istəyəni də var, Amerikada “master class” dərsləri görmək istəyəni də. Yaxşısı budur, onların özü desin:

Elmir Əhmədov:

“Mən bakalavr pilləsi üçün Bakı Ali Neft Məktəbini seçmişəm. Proseslərin avtomatlaşdırıması mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Xaricdə təhsil almaq fikrim var. Amma hələ bu fikrimdə yekun qənaətə gəlməmişəm. Əyər belə bir şansım olsa Amerika və ya Fransada magistr və dokturantura pillələri üzrə təhsil almaq istəyərəm. Hələ ki, düşünürəm. Bakı Ali Neft Məktəbini yüksək qiymətlərlə başa vuranlar üçün SOCAR-ın xətti ilə xaricdə təhsil ala bilərəm. Sonrakı ali təhsil mərhələlərində də öz ixtisaım üzrə xaricdə təhsil almağı fikirləşirəm”.

Cavad Əliyev :

“Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini seçmişəm. İxtisasım isə maliyyədir. Xaricdə təhsilimi seçim etməyimə baxmayaraq, elə bakalavr pilləsindən davam etdirmək istəyirəm. Hazırda Türkiyənin Boğaziçi, ODTÜ, İstanbul kimi universitetlərinə göndərdiyim sorğunun cavabını gözləyirəm. Magistr və dokturantura təhsilimi də iqtisadiyyat sahəsi üzrə davam etdirmək niyyətim var.

Qabil Əliyev:

“Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsini seçmişəm. Türkiyədən cavab gözləyirəm. Bakalavr pilləsindən başlayaraq təhsilimi xaricdə davam etdirmək istəyirəm. Yıldız Texnik Universiteti orada oxumaq üçün göndərdiyim sorğunu müsbət cavablasa gedəcəyəm. Magistr və dokturantura sahələri üzrə alimi təhsilimi kimya mühəndisliyi üzrə davam etdirməyi düşünürəm.

Vahab Cəbrayılov:

“Bakı Ali Neft Məktəbində təhsilimi davam etdirməyi düşünürəm. Seçimim oradır. Proseslərin avtomatlaşdırılması fakültəsində təhsil alacağam. Stenford universitetində təhsil almaq, “master class” təhsil görmək istəyirəm. Növbəti təhsil pillələrini də proqramlaşdırma üzrə oxumaq niyyətindəyəm”.

Jalə Məmmədli:

“Xaricdə təhsil almağı mən də düşünürəm. Hələlik bakalavr təhsilimi Azərbaycanda alacağam. Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsini seçmişəm. Magistr ixtisasımı isə xaricdə almağı düşünürəm. Amma hansı universitetin hansı fakültəsində oxuyacağımı tam dəqiqləşdirməmişəm.  Bakalavr təhsilimdə hansı sahədə özümü görsəm magistr təhsilimi də xaricdə o istiqamətdə oxumaq niyyətindətəm.

Səbinə İsmayılova:

“Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçmişəm. Azərbaycanda təhsil almağı düşünürəm. Yaxın illər ərzində nəzərdə tutduğum planlarımda xaricdə təhsil yoxdur (gülür). Çünki ölkəmizdəki ali təhsilin səviyyəsi heç də xaricdən geri qalmır. Son illərdəki təhsilimizdəki inkişaf məni qane edir. Qəbul sınaqlarında cəmi bir dəfə 700 bal toplamışam. Qalan imtahanlarda nəticvələrim 650-dən yuxarı olub. Qəbul imtahanında 700 bal toplamağı gözləməsəm də, ikincidən gözləyirdim. 8 – ci sinifdən üçüncü ixtisas qrupu üzrə hazırlaşacağımı qətiləşdirmişdim. Həmin vaxtdan da öz ixtisas qrupuma daxil olan fənnləri daha yaxşı oxumağa başladım. 11-ci sinifdən isə repititor yanında hazırlaşmağa başladım”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017