Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Neftin qiyməti 60 dollar qalxa bilər” - EKSPERT
Tarix: 11.08.2017 | Saat: 12:59:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“OPEC ötən gün açıqladı ki, hasilatı artırıb. Digər ölkələr də neft hasilatını artırdığını bəyan edib. Bu cür davam edərsə, o zaman neftin qiyməti 40 dollara qədər enə bilər. Onu da deyim ki, hazırda “Brend” markalı neft üçün 50 dollar həddi müəyyənləşib. Heç bir təşkilat hələlik qiymətləri dəyişdirməyib”.

Bunu hafta.az-a açıqlamasında ekspert İlham Şaban deyib. İlin sonuna qədər neftin dünya bazar dəyərinin hansı istiqamətdə dəyişəcəyinə münasibət bildirən müsahibimiz bildirib ki, “qara qızıl”ın  hazırki qiymətinin ilin sonuna qədər bu templə davam etməsi çox yaxşı olardı:

“Ötən ilin sentyabrından bu yana qara qızılın dünya bazar qiyməti 50 dollara çatıb. Qiymətlər cəmi bir ay 50 dollar həddindən aşağı olub. Geridə qalan müddət ərzində həmin hədd qorunub. Hazırda neftin dünya bazar qiymətində stabil dinamika höküm sürür. İlin sonuna qədər brend markalı neftin dünya bazar qiymətinin 50 dollardan aşağı və ya yuxarı doğru hərəkət edəcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki qiymətlərin artması və ya azalması bir çox amillərdən asılıdır. Buraya siyasi səbəblərdən tutmuş, klimatik səbəblər belə daxildir. Məsələn hava şəraitinin kəskin istiləşməsi və soyuqlaşması, iqlim dəyişikliyi belə neftin dünya bazar qiymətinə təsir edir”. 

İlham Şabanın sözlərinə görə hazırki vəziyyətdə yalnız bir halda neftin qiyməti 60 dollar həddini də keçə bilər:

“Əgər Şimali Koreya ilə vəziyyət daha da kəskinləşsə neftin qiyməti bu ilin sonuna qədər arta bilər. Orada hərbi donanma toplansa, o cümlədən lokal gərginliklər belə, baş verərsə bu qiymətlərə təsirsiz ötüşməyəcək. Hətta deyərdim ki, 60 dolları da keçə bilər. Çünki Şimali Koreya  Cənubi Koreya, Yaponiya və Çin kimi ölkələri ölkələrlə qonşudur. Həm də nəqliyyat dəhlizi üzərində yerləşir”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017