Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Tütünçülüyün inkişafı ölkəyə əlavə valyutanın gəlməsi deməkdir” - Azər Badamov
Tarix: 11.08.2017 | Saat: 15:57:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Düşünürəm ki, yaxın illər ərzində ölkəmizdə tütünçülük sahəsi inkişaf edəcək. 6 min hektardan 12 min ton tütünün yığılmasını gözləyirik. Gələcək illərdəki hədəf isə çox böyükdür. Ölkə başçısının da qeyd etdiyi kimi tütün istehsalının yaxın illərdə 60 min tona çatdırılması nəzərdə tutulur. Bu da ölkəmizə yeni valyuta axını, təzə iş yerləri və müasir istehsal sahələri deməkdir. Eyni zamanda ixrac potensialımızın artmasıdır”.  

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov ölkə prezidenti İlham Əliyevin tütünçülüyün inkişafı ilə bağlı dövlət proqramını təsdiq etməsinə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə bu dövlət proqramında tütünçülüyün inkişafı ilə bağlı məqsəd və vəzifələr müəyyən edilib. Həmin məqsəd və vəzifələr ölkədə tütün məmulatlarına olan təlabatın ödənilməsi, emal və müəsisələrin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə bu sahənin inkişafını stimullaşdırmaqdan ibarətdir:

“Tütünçülük çox gəlirli bir sahədir. Cənab prezident müşavirədə də qeyd etdi ki, ölkəmizdə hər il on milyard siqaretdən istifadə olunur. Həmin 10 milyar siqaretin 9 milyardı idxal hesabına ödənilir. Təxminən 1, 6 milyard ədədi isə ölkəmizdə istehsal edilir. Hesablamalar əsasında müəyyən olunmuşdur ki, 365 gün ərzində daxili təlabatı ödəmək üçün hər il ölkədən 150 milyon dollar çıxarılır. Bu çox ciddi məsələdir. Tütün çox valyuta gətirəcək bir sahədir. Daxili təlabatımızı ödədikdə 150 milyon dollara qənaət etmiş olacağıq. Tütünçülüyə dövlət dəstəyi sayəsində həm ölkəmizin daxili təlabatı ödəniləcək, həm də tütün məhsullarının ixracı prosesinə başlanılacaq. Bu da ölkəmizə əlavə valyutanın gəlməsi deməkdir. Həm də dövlət proqramında tütün məhsullarının yüksək tələblərə cavab verən formada istehsal edilməsi öz əksini tapıb”.

Millət vəkili qeyd edib ki, tütünçülük Azərbaycanda vaxtilə inkişaf dövrü yaşamış bir sahədir:

“Avqustun 4 – də cənab prezidentin rəhbərliyi ilə Qax şəhərində tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirildi. Bu müşavirədə texniki bitkilərin istehsalının inkişaf etdirilməsi istiqamətində görüləcək tədbirlər haqqında geniş məlumat verdi. Ölkə başçısı bununla bağlı xüsusi tapşırıqlar və vəzifələr müəyyənləşdirdi. Müşavirədə xüsusi toxunulan aparıcı sahələrdən biri də tütünçülük idi. Tüntünçülük sovetlər dövründə də öz inkişaf mərhələsini yaşamışdı. Ulu öndərin rəhbərliyi altında sovetlər dövründə - ötən əsrin 80 – ci illərində demək olar ki, 18 min hektar sahədən 57 min ton tütün tütün istehsal olunurdu. Təssüf ki,  sovetlərin süquqtundan sonra bu sahəyə maraq azaldı. Ölkədə tütün istehsalı demək olar ki, çox aşağı səviyyəyə düşmüşdü. Cənab prezidentin bu sahəyə göstərdiyi yüksək diqqət sayəsində Azərbaycanda tütünçülük dirçəlməyə başlayıb. 2016 – cı ildə ölkəmizdə 2,6 min hektar sahədə 3, 2 min ton tütün istehsal olunurdusa, artıq bu il respublikamızda tütün əkilən sahələrin miqdarı  xeyli artıb”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017