Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türkiyə Qurban bayramına hazırdır, Azərbaycanda …
Tarix: 11.08.2017 | Saat: 17:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Türkiyədə artıq Qurban bayramına hazırlıqlar başlayıb. Mətbuatın yazdığına görə, bayrama görə 5 milyon 150 min baş qurbanlıq heyvan satışa çıxarılmaq üçün seçilib.


Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ümumi 117 icazəli heyvan bazarı və 18 heyvan birjası olmaqla, ümumi 135 icazəli heyvan satış nöqtəsi var.


Türkiyədə keçən il Qurban bayramında 920 min iribuynuzlu, 2 milyon 950 min xırdabuynuzlu heyvan seqmenti reallaşarkən, Qida Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən bu il üçün 1 milyon 150 mini iribuynuzlu, 4 milyonu xırdabuynuzlu olmaqla qurbanlıq heyvan şərtlərinə sahib ümumi 5 milyon 150 min heyvan hesablanıb.


Azərbaycanda isə aidiyatı qurumlar Qurban bayramında kəsiləcək heyanların sayını hesablamağa və digər hazırlıqlara tələsmirlər.
Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, Qurban bayramında paytaxt bazarlarına çıxarılacaq heyvanların sayı hələki hesabalanmayıb. Amma ötən illərdə olduğu kimi bu il də əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcədə süni qiymət artımının qarşısının alınması məqsədilə kənd təsərrüfatı nazirliyi tərəfindən Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.


Yarmarkaların ünvanı barədə isə bayram ərəfəsində məlumat veriləcək.
Qurbanlıq qoyunların satışına nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev hər il olduğu kimi bu il də bayram günlərində monitorinq aparılacağını, süni qiymət artıranlar barədə tədbir görüləcəyini bildirdi.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 1,2 sentyabr tarixlərində qeyd olunacaq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017