Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaraçuxurda dayanacağı söküb-aparıblar
Tarix: 11.08.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Ölkə başçısının sərəncamı əsasında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən rayonun mərkəzi istiqamətinə gedən mərkəzi yol yenidən çəkilir. Artıq yolun böyük bir hissəsində təmir işləri başa çatıb. Xatırladaq ki,“Daş və Qum” bazarının yaxınlığında, şəhərə gedən istiqamətdə yolun sağ tərəfində bir neçə il əvvəl köhnə dayanacaq sökülərək, yerində müasir dayanacaq quraşdırılmışdı. Yol çəkilən zaman həmin dayanacağı söküb-aparıblar. Artıq 1 aya yaxındır ki, yolun bir hissəsində təmir-asfaltlanma işləri başa çatıb, bir sözlə, həmin yol istifadəyə verilib. Təəssüflər olsun ki, dayanacağın yeri hələ də boş qalıb. Sakinlər anormal isti hava şəraitində, 40-45 dərəcə temperaturda açıq havada dayanıb, marşrut avtobusu gözləyirlər. Bu da onların haqlı narazılığına səbəb olub. 

Sərnişinlər də şikayətləndilər ki, yolu çəkdirsələr də, amma dayanacağı gətirib yerində quraşdırmadılar: «Dayanacaq olmadığından, bu isti yay günündə açıq havada qalıb marşrut gözləmək məcburiyyətində qalmışıq. Vallah, istidən dayanmaq olmur. Heç iki il deyidi ki, təzə şəffaf dayanacaq gətirilib quraşdırılmışdır. Onu da söküb, hara aparıblar, bilinmir”.
Sakinlər qarşıdan yağışlı, qarlı günlər gələcəyi zaman, necə olacabını düşünürlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017