Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “atmacası” - HƏFTƏ-REYTİNQ
Tarix: 11.08.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Çen İn planetin ən axmaq adamı ünvanı üçün mübarizə aparırlar”. Bu gözlənilməz açıqlama ilə məşhur amerikalı yazıçı Stiven Kinq gündəmə gəldi. Rejissor bu barədə “Tvitter” şəbəkəsində yazıb. Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreyanın mərkəzi dövlət agentliyi rəsmi Pxenyanın Quam adasındakı ABŞ hərbi bazasını bombalamaq istədiyini açıqlamışdı. ABŞ prezidenti isə cavab olaraq, Şimali Koreyanı alov və qəzəblə hədələmişdi.


Həftənin “vəsiyyəti”


Bu günlərdə dünyasını dəyişmiş Amerikada yaşamış azərbaycanlı alim Lütfi Zadənin ölümündən az öncə Azərbaycanda dəfn olunmasını vəsiyyət etməsi barədə məlumatlar yayıldı. Dünyaşöhrətli alimin yeganə övladı Norman Zadə Azərbaycan mediasına verdiyi eksklüziv açıqlama verərək demişdi:.“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”. Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”. Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.


Həftənin “surətşünası”


ADP sədri Sərdar Cəlaloğlu: “Rusiya hazırda öz adamlarını danışdırır və onların dili ilə niyyətini göstərir. Rusiya Azərbaycana qarşı həmin şəxslər vasitəsilə təzyiqlər etmək istəyir. O şəxslər ki, bu hakimiyyətdən narazıdırlar. Bu hadisələrin mahiyyəti ondan ibarətdir. Bir məqamı deyim, o zaman(1992-1993-cü illərdə-red.) əslində, Elçibəyin Qarabağı azad etməsinə Surət Hüseynov imkan vermədi. İndiki hakimiyyətin Qarabağı azad etmək istəyinin olmaması fikrini formalaşdırmaqla, Surət Hüseynovun guya Qarabağı azad etmək imkanlarının olduğu fikrini ortaya atmaqla mesajlar verirlər...”.


Həftənin “təyyarəçisi”


Ukrayna prezidenti Petro Poroşenkonun qırıcı-təyyarəni idarə edərkən çəkilən görüntüsü yayıldı. Kadrlar prezidentin mətbuat xidmətinin “You Tube” hesabında paylaşılıb. Prezident Ukraynanın Hərbi Hava Qüvvələri günü münasibəti ilə “MİQ-29” qırıcısı ilə Vinnitski vilayətindəki hərbi bazaya gəlib.


Həftənin “uzaqgörəni”


“Rusiya Qərb-2017 strateji təlimləri çərçivəsində Belarusu işğal edə bilər”. Bu proqnozla (?) Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış etdi. “Belarusa baxanda görünür ki, Rusiya onu işğal etməyə və tərkibinə qatmağa hazırlaşır. Təlim zamanı ölkəyə infrastruktur gətiriləcək. Buna görə də təhlükə aradan qalxmayıb, əksinə daha da yüksəlib”, - Saakaşvili bildirib. Saakaşvili həmçinin Baltikyanı ölkələrin işğal edilmə ehtimalının hazırda aşağı olduğunu, NATO-nun Moskva tərəfdən gələn təhlükənin reallığını artıq daha yaxşı dərk etdiyini bildirib.


Həftənin “terminatoru”


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə iştirak edərək şəxsi bacarıqlarını nümayiş etdirdi. Ölkə prezidenti şəxsən silahdan atəş açmaqla hərbçilərə nümunə göstərib. Hərbçilər isə adi zabit deyil, dövlətin güc nazirləri olub. Belə ki, sıravi əsgər kimi dayananlar, daxili işlər, müdafiə nazirləri, baş prokuror, gömrük komitəsinin və miqrasiya idarəsinin rəisləri olub. Xüsusi təyinatlıların geyimində görüntülənən prezidentin atış hərəkətlərinə aid maraqlı kadrlar internetdə yayılıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər Türkmənistan liderini məşhur kinoaktyor A.Şvarstnegerin ifa etdiyi “Terminator” obrazı ilə müqayisə edərək “Türkmənator” adlandırıb.


Həftənin “velosipedşünası”


“Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”. Bu ifadəni Ermənistan XİN rəhbəri Edvard Nalbəndyan erməni jurnalistlərə açıqlamasında işlətdi. Onun sözlərinə görə, sentyabr ayında Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq. Erməni nazir görüşün gündəliyindəki məsələlər barədə danışarkən deyib ki, bu barədə bir neçə dəfə danışılıb. Nalbəndyan danışıqların təşviqi atmosferinin yaradılmasına zərurət olduğunu vurğulayıb. “Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur” deyən XİN başçısı əlavə edib ki, “danışıqların alternativi yoxdur”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev