Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda kişi piyada keçid xəttində namaz qıldı – GÜNÜN TƏZADLARI
Tarix: 11.08.2017 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Sosial şəbəkələrdə ortayaşlı bir kişinin piyada keçidi xətti üzərində namaz qılması əks olunan fotolar yayıldı. Hafta.az-ın Avtosfer.az-a istinadla xəbər verdiyinə görə, görüntü həqiqi dindarlar arasında narazılıq yaradıb. Fotonun Bakıda çəkildiyi bildirilir. Görüntüyə münasibət birmənalı olmayıb. Bəziləri həmin şəxsin dini gözdən salmaq üşün bu cür vasitəyə əl atdığını bildirib. Lakin bu şəxsin düz etdiyini yazanlar da var. Ümumilikdə, piyada keçidində namaz qılmağa heç cür haqq qazandırmaq olmaz. Bu, ilk növbədə çox təhlükəlidir və yəqin ki, ətrafda o qədər boş yer olduğu halda məhz keçidin üzərində namaz qılmaq normal düşüncəsi olan insanın işi ola bilməz.


Gəlin maşını yolu kəsən uşağın üstündən keçdi


Gəlin aparan avtomobil “şirinlik” almaq üçün qarşısını kəsən uşağın üzərindən keçdi. Hafta.az-ın BAKU.WS-a istinadla verdiyi məlumata görə, ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya “pulsuz” çatmaq istəyib. Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən avtomobili onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib. Videonun sonunda uşağın ayağa qalxmaq istədiyini görmək olar. Onun vəziyyəti barədə məlumat verilmir.


Azərbaycanlı aktyor reklam üçün xanımını “öldürdü”


Azərbaycanlı aktyor Səbuhi Xanlarov reklam olunmaq, gündəmə gəlmək üçün xanımının guya xərçəng xəstəliyindən sonra vəfat etməsi haqda dezinformasiya yaydırdı. Hafta.az Musavat.com-a istinadla yazır ki, aktyor cümə günü yerli saytlardan biri ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən ağır xərçəng xəstəliyindən dünyasınl dəyişməsi ilə bağlı məlumat verib: “Çox pisəm. İki övladım anasız qaldı”. Bir qədər sonra aktyorun bacısı Vəfa Xanlarova həmin sayta zəng edərək məlumatın doğru olmadığını bildirib. Qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmədiyini deyən V.Xanlarova onun bu hərəkətini pisləyib və xəbərin saytdan silinməsini tələb edib. Sonradan S.Xanlarov həyat yoldaşının ölümü ilə reklam olunması xəbərlərinə aydınlıq gətirərək rəhmətə gedən şəxsin həyat yoldaşı deyil, sevgilisi olduğunu bildirib: “Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm...”.


Toy məkanına uçan helikopter türmə ərazisinə endi


Toy mərasiminə uçan helikopter yanlışlıqla həbsxana ərazisinə endi. Hafta.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, təzadlı olay Banqladeşdə baş verib. Bu barədə jurnalistlərə Cəzaların İcrası üzrə Milli Xidmətin rəhbəri general Sayed İftixar Uddin məlumat verib. “Helikopterin aid olduğu “Megna Aviation” şirkəti bəyan edib ki, olaya çətin görünmə şəraiti səbəb olub”, - deyə general bildirib. Helikopterin enişi polis qüvvələrini hərəkətə keçirib. Belə ki, hüquq mühafizə xidməti həbsxanada saxlanılan radikal “islamçı”ların qaçıralacağını zənn edib.


ABŞ səfirliyi əməkdaşlarının qulaqları tutuldu


ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşları kar oldular. Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadla verdiyi xəbərdə belə deyilir. Kubanın paytaxtı Havanada yerləşən səfirliyin ən azı iki diplomatının sağlamlıqlarında ciddi problemlər yarandığından onlar ABŞ-a müalicəyə aparılıblar. Onlarin eyni zamanda eşitmə qabiliyyətini itirdiyi də məlum olub. Amerika Xarici İşlər Nazirliyindən səfirlik əməkdaşlarının akustik hücuma məruz qaldıqları ehtimalının olduğu bildirilib. Qurum rəsmiləri məsələ ilə bağlı Kuba hökuməti ilə danışıqlar aparıb. Ölkəyə səhiyyə qrupu göndərilsə də, problemin səbəbi aydınlaşmayıb.


Qarğa yeddiaylıq usagı öldürdü


Afrika ölkələrinin birində eyvandan evə daxil olan qarğa evdə yatmaqda olan yeddiaylıq oğlan uşaqını boynundan yaralayaraq ölümünə səbəb oldu. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, yerli güc orqanlarının açıqlamasına əsasən qarğanın yaraladığı körpə təcili surətdə xəstəxanaya aparılıb. Lakin xəstəxanaya çatana qədər xeyli qan itirən körpənin həyatını xilas etmək mümkün olmayıb. Dindirilmə zamanı ananın ifadələri dinlənilib və onun haqlı olduğu məlum olub. Hadisə ilə bağlı cinayət işi açılmayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017