Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Altı ayda 19 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb
Tarix: 11.08.2017 | Saat: 21:32:00
Bölmə:Sosial | çapa göndər

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata bərabər olub.

Hafta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,0 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,2 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017