Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Naxçıvan Beynəlxalq Hava Limanından istifadə edənlərin sayı açıqlanıb
Tarix: 12.08.2017 | Saat: 15:12:00
Bölmə:Bölgə | çapa göndər

Naxçıvan Muxtar Respublikasında havanəqliyyatı ilbəil inkişaf edir, bu sahədə müasir texnologiyalar tətbiq olunur.

Hafta.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, aparılan quruculuq işlərindən sonra Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin dövriyyəsi artıb və xidmətin səviyyəsi yüksəlib.

Muxtar respublikada turizmin inkişafı da gələn qonaqların və havanəqliyyatından istifadə edənlərin sayının artmasınasəbəb olub.

İyul ayında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb.

Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2017
18.08.2017
17.08.2017