Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
60-dan çox sürücü cərimələnib
Tarix: 12.08.2017 | Saat: 16:16:00
Bölmə:Sosial | çapa göndər

Bakıda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, əsasən gecə saatlarında ictimai qaydanın tam təmin edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədilə xüsusi əməliyyat qrupu yaradılıb və mütəmadi reydlər keçirilir.

Paytaxt ərazisində keçirilən sonuncu belə reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəlinib. Paytaxtın Nizami rayonu ərazisində saxlanılan “Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.

Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. “Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirilib.

Qeyd edək ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər yol polisləri tərəfindən aşkar olunduğu təqdirdə əksər hallarda öz aqressiv davranışları ilə seçilirlər. Belə sürücülərdən birinə də Səbail rayonunun Badamdar qəsəbəsində yol polisi tərəfindən saxlama işarəsi verilib. Amma sürücü tabe olmayaq idarə etdiyi “Mersedes” markalı avtomobili yaşadığı ünvana qədər idarə edib. Avtomobili saxlayandan sonra sürücü yol polislərinə fiziki müqavimət göstərməkdən belə çəkinməyib. Sürücünün şəxsiyyəti dəqiqləşdirilən zaman onun Səbail rayonu sakini Xamis Seyranov olduğu müəyyənləşdirilib. Onunla aparılan profilaktik söhbətdən sonra sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib. Reyd zamanı saxlanılan nəqliyyat vasitələri DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilib.

BŞBPİ DYPİ-nin bölmə rəisi polis polkovniki V.Əsədov deyib ki, cari ilin ilk altı ayında paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8 min sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.

Bakı Şəhər DYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017