Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Pakistan Qarabağ məsələsində Azərbaycanın yanındadır" - Said Xan Mohmand
Tarix: 14.08.2017 | Saat: 11:05:00
Bölmə:Siyasət | çapa göndər

Pakistanın müstəqilliyinin 70 illiyi qeyd edildi. 

Hafta.az xəbər verir ki, səfirliyin əməkdaşları, eləcə də Azərbaycanda yaşayan pakistanlıların qatıldığı tədbir bu ölkənin bayraqları ilə bəzədilmişdi. Hər kəs əlində, üzərində bəyaz aypara və ulduz olan yaşıl bayraq tutaraq Pakistana "eşq olsun" şüarı səsləndirirdi.
Sonr Pakistanın dövlət bayrağının qaldırılması mərasimi keçirildi.

Çıxış edən Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand pakistanlıların keçdiyi müstəqillik yolundan söz açdı. Bildirdi ki, xalqı bu yolda uzun və şərəfli yol qət edib.

Səfir bildirdi ki, ölkələrimiz hər zaman dost əlaqələrə malik olub, bir-birinin sevincinə-kədərinə ortaq olub. O, ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Pakistana, eləcə də Pakistanın üç dövlət başçısının Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını dedi. Bildirdi ki, Azərbaycan hər zaman Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyib. Buna görə Azərbaycana təşəkkür edən diplomat bildirdi ki, rəsmi İslamabad da Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadır. Səfir hətta Ermənistanı dövlət olaraq tanımadıqlarını da vurğuladı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017