Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
70 illik bayrağın böyük uğuru - Hindistan
Tarix: 15.08.2017 | Saat: 15:07:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Hindistanın ingilis müstəmləkəçiliyindən qurtulmasından 70 il ötür. Bu məqsədlə Hindistanın ölkəmizdəki səfirliyində rəsmi bayram tədbiri təşkil olunub. Dövlət himni səsləndirildikdən sonra səfir Sanjay Rana tərəfindən Hindistan bayrağının qaldırılma mərasimi keçirilib.

 

Səfirliyin diplomatlarının, Azərbaycanda yaşayan və işləyən Hindistan vətəndaşlarının iştirak etdiyi tədbirdə çıxış edən səfir S.Rana qurtuluş gününün mahiyyətindən, bu illərdə ölkəsinin qazandığı uğurlardan söz açıb. 

Hindistan prezidentinin xalqa etdiyi ənənəvi bayram müraciətini iştirakçılar üçün oxuyan səfir S.Rana Hindistanla Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu vəəməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib. “1991-ci ildə Hindistan Azərbaycanı müstəqil respublika olaraq tanıyan ilk ölkələr arasında olub. Bu il Hindistan - Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan Dostluq Festivalıçərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir. İkitərəfli ticarətin həcmi 63 faizdən çox artıb. Hindistan azərbaycanlı tələbə və mütəxxəsislər üçün təlim imkanları təklif edir; həm Hindistan, həm də Azərbaycandan olan tələbələr getdikcə daha çox bir-birinin ölkəsində təhsil almağa çalışır” deyən səfir bildirib ki, AZPROMO-nun rəhbəri Rüfət Məmmədovla aparılan son müzakirələrdə iki tərəf kənd təsərrüfatı məhsulları, əczaçılıq, səhiyyə, neft və qaz sektorunun təchizatı, emal, modernləşdirmə və genişləndirmə, müvafiq alt/kimya sənayeləri, biznes üçün İT xidmətləri də daxil olmaqla İKT, turizm və otelçilik sahələrində ikitərəfli əməkdaşlığın artırılması imkanlarını müzakirə edib. Bundan əlavə, beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) və iki ölkə arasında uçuşların qarşlılıqlı fayda üçün əlaqəni daha da artıracağı, insan, əmtəə və xidmətlər mübadiləsini təşviq edəcəyi də qeyd olunub.

Məlumat üçün bildirək ki, hind xalqı uzun illər apardığı azadlıq mübarizəsi nəticəsində 1947-ci il avqust ayının 15-də Britaniya müstəmləkəçiliyinə son qoyub və o vaxtdan hər il bu gün bayram kimi qeyd edilir. Bu mübarizədə Hindistan Milli Konqresinin rolu çox böyük olub. Çünki məhz bu siyasi hərəkatın liderliyində xalq sakit və qansız mübarizə aparıb. 1947-ci il avqustun 15-də Hindistanın o vaxtkı baş naziri Cavaharlal Nehru Delhi Red Fort Lahori qapısı üzərində dövlət bayrağını qaldırıb.

Yeri gəlmişkən, Hindistanda hər il eyni gündə ölkənin baş naziri tərəfindən dövlət bayrağının qaldırılması və xalqa müraciət etməsi bu gün adi protokol qaydasıdır.

Bayram günləri Hindistanda bayraqqaldırma, hərbi keçid törənləri və rəngarəng mədəni tədbirlər təşkil olunur. Bu tarixdə ölkənin hər yerində rəsmən istirahət günüdür. Məktəb və dövlət idarələrinin binaları qarşısında xalqa şirniyyat paylanılır. 

Günümüzdə 28 əyalətə, 7 federal bölgəyə bölünən, ümumilikdə 3,3 milyon kvadratkilometr ərazisi, 1,3 milyard nəfər əhalisi olan Hindistan ilk dəfə bayrağını göylərə yüksəldəndən sonra inanılmaz uğurlar əldə edə bilib. Prezidenti Ram Nath Kovind, baş naziri isə Narendra Modidir.

Hind xalqı bu 70 il ərzində qurub-yaratdığı iqtisadiyyatı ilə öyünə bilər. Hazırda Hindistanın milli məhsul istehsalı ildə təxminən 8,8 trilyon, adambaşına düşən milli gəliri isə 6,7 min dollardır. Beləliklə, Hindistan uörları nəticəsində dünyanın nominal baxımdan 7-ci, satınalma gücünə görə isə 3-cü böyük iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatının 16,1 faizi kənd təsərrüfatının, 29,5 faizi sənayenin, 54,4 faizi isə xidmət sektorunun payına düşür. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017