Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hindistanın müstəqilliyi ecazkar musiqinin dili ilə FOTO
Tarix: 16.08.2017 | Saat: 11:22:00
Bölmə:Mədəniyyət | çapa göndər

Beynəlxalq Muğam Mərkəzində Hindistan–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə bu ölkənin dövlət müstəqilliyinin 70 illiyinə həsr edilmiş möhtəşəm konsert təşkil olunub.

Hafta.az-ın yazdığına görə, ölkə ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, Bakıda akkreditasiya olunmuş diplomatik korpus təmsilçilərinin və jurnalistlərin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Hindistanın respublikamızdakı səfiri Sanjay Rana bildirib ki, bu gün eyni zamanda hind xalqının azadlıq uğrunda mübarizəyə başlamasının 75 ili qeyd edilir. O əlavə edib ki, bu  gün Azərbaycanla Hindistan arasında münasibətlər sürətlə inkişaf etməkdədir: "Əlaqələrimiz bütün sahələr üzrə gündən-günə inkişaf etməkdədir. Bura xüsusilə neft hasilatı, əczaçılıq, kənd təsərrüfatı və sair daxildir. Biz siyasi və iqtisadi sahələrdə də əməkdaşlıq edirik. İnanırıq ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız səmərəli nəticə verəcək”.

Səfir Rananın çıxışından sonra tədbirin bədii hissəsinə start verilib.

Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Ronald D.Mello öncə musiqili nömrələri ifa edəcək sənətkarla qonaqları tanış etdi. Bildirdi ki, rəqsləri hindistanlı gənc rəqqasələr xanım Anupama Kauşik və xanım Tulika Pal ifa edəcək. Eyni zamanda, Azərbaycanda keçirilmiş 6-cı muğam müsaqibəsinin Qran-Pri mükafatçısı Almaxanım Əhmədlinin ifasında bir neçə ecazkar muğam şöbəsi dinləyəcəyik.

Bundan sonra sıralama ilə rəqqasələr Anupama və Tulikanın ifasında “Shiv Vandana”, “Thumri Mallika”, “İdhlati Balkhati” (ifaçı Tulika), “Tarana” (ifaçı Anupama), “Chhap Tilak” rəqsləri, müğənni Almaxanəm Əhmədlinin avazında isə iki müxtəlif muğam şöbəsi təqdim olunub. Konsertin sonunda təqdim edilən muğamla hind rəqsinin sintezi əsasında hazırlanmış proqram alqışla qarşılanıb.

Tədbir Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının sədri doktor Racani D.Mellonun çıxışı ilə başa çatıb. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017