Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Quduzluq hansı halda vaksinə təslim olmur? – Həkim rəyi
Tarix: 18.08.2017 | Saat: 12:01:00
Bölmə:Sosial | çapa göndər

Xəbər verildiyi kimi, iyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızı dünyasını dəyişib.


Hafta.az-ın məlumatına görə, Sumqayıt şəhər səhiyyə şöbəsindən bildirilib ki, 5 yaşlı Zeynəb avqustun 17-də günorta saatlarında ölüb. Vəziyyəti ağır olan qızın həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Mikayılzadə Zeynəb Elçin qızını it başından dişləyib. O quduzluq xəstəliyinə yoluxduğu üçün dünyasını dəyişib.
Quduzluq xəstəliyi barədə məlumat verən həkim-pediatr Vaqif Qarayev deyir ki, quduzluq törədicisi xüsusi viruslardır. İnfeksiya mənbəyi həm ev (it, pişik, iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü,canavar və s.):

“Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmiş (həm də bütün xəstə olduqları dövr) yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsi ilə keçir və əsasən sinir sistemini zədələyir. Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxari ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağir keçir və ölümlə nəticələnir”.


V.Qarayev deyir ki, xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2 - 37,5 dərəcəyə qalxır, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur:

"Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlığı (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərinda spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir və tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.


Ən əsası xəstəliyə qarşı nə etməli? Pediatr bütün hallarda həkimə müraciət etməyi vacib sayır:

“Dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət etmək lazımdır. Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlanmayıbsa vaksinin effekti var, xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017