Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Borc üstündə dostunu öldürdü – VİDEO
Tarix: 18.08.2017 | Saat: 14:00:00
Bölmə:Hadisə Video | çapa göndər

Şirvanda iki dost arasında yaşanan mübahisə sonda birinin ölümlə nəticələnib.

ARB TV xəbər verir ki, 33 yaşlı Yaşar Məmmədovla həmyerlisi 36 yaşlı Əvəz Əliyev arasında anlaşılmazlıq olub.

Dostlar məsələyə aydınlıq gətirmək məqsədilə Kür sahilinə, heç kimin olmadığı sakit əraziyə çəkiliblər, lakin problemi sakit şəkildə həll edə bilməyiblər. Söz qovğası bıçaq davasına çevrilib, Yaşar Məmmədov üzərində gəzdirdiyi soyuq silahla Əvəz Əliyevə xəsarət yetirib.

Daha sonra dostunu Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırıb, özü isə birbaşa polis idarəsinə gedib. Dostun vurduğu zərbə həkimlərin səyindən daha güclü olub, Əvəz Əliyev xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən şəxsin qardaşı Anar Məmmədovu da saxlayıblar. Hadisə yerinə baxış zamanı oradan 1 ədəd “Makarov” tipli tapança götürülüb. Dostları bir-birinə borc pulun düşmən etdiyi deyilir.

Faktla bağlı Şirvan Şəhər Porkurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017