Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vətəndaşlar hansı qəbir daşlarını daha çox sifariş verir? - FOTOLAR
Tarix: 18.08.2017 | Saat: 16:18:00
Bölmə:Reportaj | çapa göndər

Son zamanlar bahalı qəbir daşlarını sifariş verənlərin sayında azalma olması ilə bağlı xəbərlər yayılıb. Səbəb kimi isə son illərdə iki dəfə manatın dollara nisbətən dəyər itirməsi göstərilir. Məsələni aydınlaşdırmaq üçün ilk olaraq qəbir daşları düzəldilən sexlərə baş çəkdik.

Sex işçilərinin sözlərinə görə, sifarişçilər hazırda daha çox orta qiymətli Ukraynadan gətirilən mərmərlərə üstünlük verir. Onların sözlərinə görə, dindar müsəlmanlar sadə qəbir daşlarına üstünlük versə də, sinə daşı 45-60 sm-dən başlayan dəbdəbəli “vnetka” qəbir daşlarına üstünlük verənlər hələ də qalmaqdır. Müsahibim Elşən Rüstəmov deyir ki, “vnetka” qəbirlər o xatirə daşına deyilir ki, həmin qəbirlər üç mərmər lövhədən ibarətdir. Üstəlik  rəhmətə gedən şəxsin gördüyü işlərə, fotolarına geniş yer verilir. “Vnetka” qəbirlərin qiyməti 12-20 min manat arasında dəyişir ki, bunu da əsasən imkanlı və vəzifəli şəxslər sifariş verir:

“Sadə qəbirlər isə 1000-1800 manat arasında dəyişir. Buradakı rəqəm müxtəlifliyi isə mərmərin keyfiyyətinə görədir. Afina mərmərləri tez ovxalanan və yağış sularına dözümsüz olduğu üçün onların qiyməti aşağıdır. Ona görə də qiyməti ucuzdur”.

Yasamal qəbiristanlığında qəbir sexinə rəhbərlik edən Vidadi adlı şəxs isə hafta.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizə Qazaxıstan, İtaliya, Ukrayna, Rusiya və Türkiyədən ağ, qırmızı və qara mərmərlər gətirilir. Orta hesabla bu daşların ölkəmizin sərhədlərinə qədər gəlib çatması 50 ABŞ dollarına başa gəlir. Gömrük rüsumu ilə bərabər sexə çatdırılması 70-75 dollar həddinə qədər gəlib çıxır:

“Devalvasiya qəbir daşları sifarişçilərinə, eləcə də bizim sahəyə də təsirsiz ötüşməyib. İndi hər kəs orta ölçülü və orta qiymətə başa gələcək sifariş verir. Bu da 4000-6000 manat arasında dəyişən sifarişlərdir. Bu da nə bahalıdır, nə də ucuz”.

Bir müddət əvvəl Milli Məclisdə sadə yas mərasimlərinin təşkilindən əlavə sadə qəbir daşlarına keçilməsi ilə bağlı məsələ də gündəmə gəlmişdi. Sadə və standart qəbir daşlarından istifadə qaydaları deputatlar arasında müzakirə olunmuşdu. Qəbir sexlərində çalışanlardan və müdiriyyətlərindən bu məsələyə də münasibət bildirmələrini istədik. Nazirlər Kabineti və ya digər aidiyyəti qurumlardan onlara standart qəbir daşlarının hazırlanması ilə bağlı hər hansı göstərişin gəlib-gəlməməsini soruşduq. Vahid ölçü formaları verilib-verilmədiyini xəbər aldıq.

Yuxarıda vurğuladığımız Vidadi adlı şəxs bildirdi ki, heç bir dövlət qurumunun onlara göstəriş vermək ixtiyarı yoxdur:

“Heç cür halda bu mümkün deyil və nə dini qurumlar üzrə komitənin, nə Qafqaz Müsəlmanları İdarəsinin bizə hər hansı göstəriş verməsi qanunda da yoxdur. Çünki biz özəl şirkətik. Mən də sahibkaram. Ürəyim istədiyi ölçüdə sifariş ala və onu hazırlaya bilərəm. Vətəndaş bu ölçüdə istəyir və mən də onun istəyini yerinə yetirib pulumu alıram”.

Şərifzadə küçəsindəki qəbir sexindən də bildirildi ki, hər hansı dövlət qurumundan vahid qəbir daşlarına keçidlə bağlı onlar heç bir göstəriş almayıblar.

Yasamal qəbiristanlığına baş çəkdik. Yeni qəbirlərin sadə, yoxsa bahalı mərmərlərdən olmasını görmək istədik. Bəri başdan deyək ki, sex müdirlərinin dediyindən fərqli olaraq orta qiymətli qəbir daşlarına seyrək halda rast gəldik. Əksər təzə qəbirlər isə ya çox bahalı, ya da çox sadədir. Hətta sıravi vətəndaşlar içərisində büst, qəbirüstü heykəllərə də rast gəldik.

Qəbiristanlıqdakı axundlar isə deyir ki, dində bahalı, dəbdəbəli qəbir daşlarının qoyulması islam dinində də bəyənilmir. Hətta bəzən vəfat edən şəxsin yaxınlarına dəbdəbəli qəbir qoymamağa çağırdıqlarını bildirdiklərini dedilər. Musa adlı axundun sözlərinə görə, buna baxmayaraq, onların bu təklifləri bəzi hallarda qulaqardına vurulub:

“İslamda deyilir ki, sinə daşının hündürlüyü dörd barmaq yüksəkliyində olmalıdır. Qəbir itməlidir. Sadəcə, sinə daşında taxta lövhəyə ad-soyad yazılması kifayət edir. Çox demişik. Hətta bir nəfər dedi ki, varlı qəbir qoymaqla təsəlli tapıram. Övladları gənc rəhmətə gedənləri başa düşmək olar. 80-90 yaşlı kişilərə dörd-beş nəfər qəbir yerini alaraq imarət düzəltməyin özü də israfçılıqdır. Hələ bahalı mərmərli qəbirlərə xərclənən pulu demirəm. Hazırda heç kimdə pul yoxdur. Çox adam sadə qəbirə üstünlük verir. Dörd-beş il əvvəl isə vəziyyət fərqli idi. Kasıb da varlı ilə bəhsə girərək bahalı mərmərdən qəbir daşı sifariş verirdi. Sonra da lombarddan, kreditdən canını qurtara bilmirdi. İndi banklar da qəbir daşı düzəltmək üçün müraciət edənlərə pul vermir(gülür)”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017