Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ombudsman əməkdaşları ermənilərin yaraladığı yeniyetməyə baş çəkiblər
Tarix: 18.08.2017 | Saat: 16:58:00
Bölmə:Siyasət | çapa göndər

Ombudsmanın əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmış 13 yaşlı Yusifov Ramil Sabir oğluna baş çəkiblər.

Qurumdan hafta.az-a verilən məlumata görə, Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən avqustun 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törədilmiş növbəti təxribat nəticəsində qəlpə xəsarətləri alaraq ağır yaralanmış, Tovuz rayonu Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğluna yaşadığı evdə baş çəkib, onun səhhəti ilə maraqlanıblar.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovanın salamları Yusifov Ramilə və onun valideynlərinə çatdırılıb, Ramil və atası Yusifov Sabir göstərilən diqqət və qayğıya görə Müvəkkilə dərin minnnətdarlığını bildiriblər. Yusifov Sabir Müvəkkil tərəfindən hadisədən dərhal sonra beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatın Yusifovlar ailəsində böyük ruh yüksəkliyi yaratdığını vurğulayaraq, Müvəkkilin erməni vandalizminin, mülki əhalini hədəfə alan terrorçu fəaliyyətlərinin ifşa edilməsində gördüyü işlərin cəbhə gölgəsində yaşayan əhali arasında yüksək qiymətləndirildiyini qeyd edib.

Ombudsmanın Gəncə regional mərkəziin rəhbəri Səbuhi Abbasov Azərbaycanın beynəlxalq hüquqa uyğun, sülhsevər siyasətinə, münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş davamlı fəaliyyətinə baxmayaraq Ermənistanın mütəmadi olaraq cəbhə gölgəsində atəşkəsi qəsdən pozduğunu, nəticədə mülki əhali arasında itgilərin yaşandığını, buna ən bariz nümunə kimi 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlərin qəsdən atəşə tutulması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olduğunu digər mülki şəxs Quliyeva Səlminazın ağır yaralandığını və mülki obyektlər dağıdıldığını, bunun ardınca isə Yusifov Ramilin ağır yaralanması ilə nəticələnən təxribatın törədilməsinin ermənilərin mülki əhaliyə qarşı cinayətlərinin davamı olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən Tovuz rayonu Qaralar kənd sakinləri cəbhə bölgəsində yaşamağın çətinliklərinə, düşmənin mütəmadi olaraq mülki əhalini həfədə almasına baxmayaraq əhalinin Azərbaycan ordusuna tam güvəndiyini, ermənilərin törətdikləri təxribatların onların ata-baba yurdlarında yaşamaq iradələrini əsla sındıra bilməyəcəyini qeyd edərək, Müvəkkilə cəbhə bölgələrinə, atəşkəsin pozulması nəticəsində şəhid olmuş və yaralanmış vətəndaşlarımıza göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017