Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “qonaqpərvər azarkeşi” - HƏFTƏ-REYTİNQ
Tarix: 18.08.2017 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Xalq yazıçısı, deputat Aqil Abbas “Qarabağ”ın Kopenhagendə qalib gələcəyi halda, kim istəsə, qonaqlıq verəcəyini vəd etdi: “Qarabağ” dünən (avqustun15-də - red.) adına layiq oyun nümayiş etdirdi. Nəyi gözləyirdiksə, o da oldu... Qələbə ilə bütün Azərbaycan xalqını sevindirdi. A. Abbas “Bir dəfə demişdiniz ki, “Qarabağ” qalib gəlsə, qonaqlıq verərəm. Sözünüz hələ də qüvvədədir?” sualına belə cavab verib:“Qarabağ” qələbə qazandı, qazanmadı, mən hər gün qonaqlıq verərəm. Kopenhagendəki oyunu gözləyirəm. İnşallah, orada da qələbə qazanarıq. Kim istəyərsə, onda qonaqlıq verə bilərəm...”.


Həftənin “qulaqburanı”


Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacağını bildirərək dedi: “Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra, müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”. Qeyd edək ki, deputat Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyat adlandırmışdı. Deputat sükan arxasında Nail Allahverdiyevin deyil, sürücüsünün olduğu, birincinin qəzada təqsiri olmaması haqda sonradan rəsmi orqanlar tərəfindən təsdiqlənməyən yalan məlumatlar yaymışdı.


Həftənin “babası”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qız nəvəsi dünyaya gəldi. Dövlət başçısının kiçik qızı, iş adamı Özdemir Bayraqdarla evli olan Süməyya Ərdoğan ana oldu. Bu, ailənin ilk övladıdır. Körpəyə Canan Aybüke adı verilib. Canan prezidentin sayca 6-cı nəvəsidir. Qeyd edək ki, prezidentin qızı və kürəkəni Berat-Esra Albayraq cütlüyünün Ahmet Akif, Mahinur və Sadık Eymen adlı 3 uşaqları var. Prezidentin oğlu Bilalın xanımı Reyhan Ərdoğandan Ömər Tayyib və Əli Tahir adlı 2 oğlu var. Burak Ərdoğanla Səma Kətənçinin hələ ki övladları yoxdur.


Həftənin “futbolçusu”


“Qarabağ”la Danimarka “Kopenhagen”i arasında keçirilmiş Çempionlar Liqasının ilk “pley-off” matçının ən yaxşı futbolçusu müəyyənləşdi. UEFA-nın rəsmi saytında yayılmış məlumata görə, bu, “Qarabağ”ın hücumçusu Mahir Mədətov oldu. O, 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub. Görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb - 1:0. Mahir matçdan sonra deyib: “Açığı, qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Sevinirəm ki, belə bir xoş sürprizlə qarşılaşdım və matçda ilk qolumu vurdum... Hələ işimiz bitməyib. Qarşıda cavab görüşü var... Ona görə də boşalmaq olmaz. Səfər matçında azarkeş amili də öz sözünü deyəcək. Biz də nəyimiz varsa, ortaya qoymalı, tarix yazmalıyıq...”.


Həftənin “Ermənistanpərəst azərbaycansevəri”


Ermənistan paytaxtında konsertə hazırlaşan əslən güney azərbaycanlı, Amerikada yaşayan müğənni Ququş verdiyi konsertlərin birində Azərbaycan haqqında xoş sözlər işlətdi. “Yaşasın Azərbaycan! Gecə-gündüz. Qurban olum” sözlərinin ardından Ququş məşhur “Səkinə dayıqızı lay-lay” mahnısını ifa edib. Həmin konsertdən videogörüntülər internet şəbəkələrində yayılıb. Xəbər verildiyi kimi, Ququş avqustun 31-də Ermənistan paytaxtı İrəvanda konsert verəcək. Konsertdə İrandan gələn turistlərin tamaşaçı qismində iştirakı gözlənilir.


Həftənin “kürdpərəsti”


İsrail Baş naziri Benyamin Netanyahu Şimali İraq Kürd Muxtariyyətinin referendum qərarını dəstəklədi. Bu barədə “Yerusəlim Post” məlumat yayıb. İsrail liderinin 33 nəfərlik Respublika Konqresinin toplantısında məsələ ilə bağlı çıxış etdiyi bildirilib. Netanyahunun müstəqil kürd dövləti ideyasına müsbət yanaşdığı deyilib. Qeyd edək ki, 25 sentyabrda İraq “Kürdüstan”ının müstəqillik referendumu baş tutacaq.


Həftənin “halal “Porşe”si”


Aktrisa Pərvin Abıyeva 100 min dəyərində olan “Porche” Cayenne markalı avtomobili ilə görüntüləndi. Tükiyədə vəfat edən aktrisa Milla Əminənin yas mərasimində iştirak edən azsaylı məşhurlardan olan Pərvin avtomobili ilə mərasimə gəlib. Sosial şəbəkələrdə ona ünvanlanan suallara çox zaman sərt cavab verən aktrisa, avtomobilini özünün aldığını deyir. Aktrisanın 99-EP-333 dövlət nömrə nişanlı “Porche” markalı avtomobilinin fotoları internet şəbəkələrində yayılıb.


Həftənin “Manafsevəri”


Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç “İnstagram” səhifəsində müğənni Manaf Ağayevin “Ana” adlı ifasını paylaşdı. İfaçının bu jestinə M. Ağayev də biganə qalmayıb. O, sosial şəbəkədəki səhifəsində türkiyəli müğənniyə bu cür cavab verib: “Bir çoxları bizim oxuduğumuz Azərbaycan musiqilərinə ağız büzür. Amma Türkiyənin tanınmış müğənniləri bizim mahnıları sevərək oxuyub, paylaşır. Bu nə ilk, nə də sondur. Sərdar Ortaçın paylaşımı da xoş oldu. Yaşasın, Azərbaycan musiqisi”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017