Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Gimnastika regionlarımızda da inkişaf edir"
Tarix: 18.08.2017 | Saat: 22:19:00
Bölmə:İdman | çapa göndər

"Son illər Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi yüksəlir."

Bu sözləri bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

O bildirib ki, bu il Azərbaycanın açıq çempionatında ölkə regionlarından çoxlu sayda gimnast iştirak edir. Əvvəl bu yarışlarda yalnız Gəncənin klublarının gimnastları iştirak edirdisə, artıq Kürdəmir rayonunun və Zirənin klublarının idmançılarını da görürük. Regionlarda gimnastikanın inkişaf etməsi yaxşı haldır. Biz hazırda yığma komandada yeni nəsil gimnastları görürük. Biz artıq yeni mövsümə hazırlaşırıq. Yaxın zamanlarda dünya çempionatı keçiriləcək. Orada Azərbaycanı Zöhrə Ağamirova və Ayşən Bayramova təmsil edəcək.

M.Vasileva qeyd edib ki, bir sıra yeniyetmə və gənc gimnastlar artıq böyüklərin kateqoriyasında yarışırlar. Böyüklərin proqramında ötən il yeniyetmələrin yarışına qatılan gimnastlar iştirak edir. Bu idmançılardan Yelizaveta Luzan, Darya Farşbafşahriyari, Nərminə Səmədova və Arzu Cəlilova 2018-ci ildə keçiriləcək Avropa çempionatına hazırlaşacaqlar.

Baş məşqçi deyib ki, Azərbaycan çempionatında yeni zelandiyalı idmançılar və bu ölkənin hakimləri də iştirak edirlər. Onlar yarışın təşkilatçılıq səviyyəsindən məmnundurlar. Ötən həftə isə ölkəmizdə Avstraliya və ABŞ milliləri təlim-məşq toplanışı keçiriblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017