Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya Skaut Konfransı başa çatıb - FOTO
Tarix: 18.08.2017 | Saat: 23:27:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan skaut hərəkatı konfranslarının tarixində ilk dəfə olaraq təsis edilən təşəkkür diplomu və rəmzi hədiyyə ilə təltif edilib.

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı avqustun 18-də başa çatıb. Konfransın son iclasında Dünya Skaut Hərəkatı Təşkilatının rəsmiləri yüksək təşkilatçılığa və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Dünya Skaut Komitəsinin tarixində ilk dəfədir belə yüksək təşkilatçılıqla konfrans baş tutub. Elə buna görə də Azərbaycan skaut hərəkatı konfranslarının tarixində ilk dəfə olaraq təsis edilən təşəkkür diplomu və rəmzi hədiyyə ilə təltif edilib.

Dünya Skaut Komitəsinin sabiq sədri Joao Armando Qonsalves yekun nitqi ilə çıxış edərək təşkilata rəhbərlik etdiyi son 3 ilin hesabatının verib. O bildirib ki, skautların sayının artması üçün bu illər ərzində var qüvvəsi ilə çalışıb. Skaut hərəkatı istənilən gəncin motivasiyası üçün əhəmiyyətli rola malikdir.

Qeyd edilib ki, Bakı konfransı skaut hərəkatına marağın artmasında müstəsna rol oynadı. Azərbaycan hökuməti skaut hərəkatına çox böyük dəstək nümayiş etdirdi. Biz bu dəstəyi Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsi ilə gördük.

Dünya Skaut Hərəkatı Təşkilatının onuncu baş katibi Əhməd əl-Hindavi isə növbəti illər üçün nəzərdə tutulan planlardan danışıb.

O qeyd edib ki, 2023-cü ilə qədər skautların sayının 100 milyona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bunun üçün daha geniş təbliğat işləri aparılacaq. Çünki dünyanın skautlara ehtiyacı var.

Dünya Skaut Komitəsinin yeni sədri Qreq Turpi isə bildirib ki, quruma sədrlik edəcəyi növbəti 3 ildə skaut ailəsinin artması, skaut hərəkatının daha çox ölkəni əhatə etməsi üçün əlindən gələni əsirgəməyəcək.

Sonra Dünya Skaut Hərəkatı Təşkilatının bayrağı Azərbaycan skautları tərəfindən Misir skautlarına təqdim olunub.

Xatırladaq ki, 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı Misirdə keçiriləcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017