Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sürücüyə silah çəkən şəxsin kimliyi müəyyənləşib - DİN-VİDEO
Tarix: 19.08.2017 | Saat: 11:05:00
Bölmə:Hadisə Video | çapa göndər

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-i saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.

Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib.

Hazırda onun saxlanılması üçün tədbirlər görülür.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017