Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qarabağ" udsa..." vədvermə kampaniyasını İLK BAŞLADAN ŞƏXSDƏN AÇIQLAMA
Tarix: 24.08.2017 | Saat: 16:26:00
Bölmə:Gündəm | çapa göndər

Bir neçə gündür ki, sosial şəbəkələrdə Ağdamın “Qarabağ” komandasının Danimarka “Kopenhagen” ilə hər iki oyunun nəticəsinə görə qalib gələcəyi halda insanların vəd verməsinin şahidiyik. Kimi “Qarabağ”ın Danimarka səddini keçəcəyi təqdirdə nəzir dediyini yazdı, kimisi uşaq evlərinə əl uzadacağını söylədi. Bəzi qələm adamları, şairlər oxucularına kitab hədiyyə edəcəyini bildirdilər. Hətta bu rəqəmi 100 kitaba çıxaranlar da oldu. Hətta gənc yazarlardan biri “Kopenhagen”də qol vuran futbolçunun ayaqlarına şeir yazacağını bəyan etmişdi.

Bir sözlə, bu addımından sonra yüzlərlə sosial şəbəkə istifadəçisi Qurban Qurbanovun yetirmələrinin Çempiaonlar Liqasının qrupuna düşəcəyi təqdirdə vədlər verdilər. O vədləri kimin yerinə yetirəcəyini deyə bilmərik amma bu kampaniyanı başladan və vədinə əməl edən ilk şəxs kimi tarixə düşən şəxs Bakı şəhərinin – Yasamal rayonun sakinidir.

Hafta.az araşdırma apararaq sosial şəbəkələrdə “Qarabağ udsa...” vəd vermə kampaniyasının təşkilatçısını axtarıb tapdı. Bu 29 yaşlı gənc yazar Fuad Cəfərlidir. Fuad Cəfərli Ağdam klubunun Bakıda “Kopenhagen”ə qalib gələcəyi təqdirdə vaxt təyin edərək “Cofebook”ların birində çay qonaqlığı verəcəyi şərhini yazıb. Gənc yazar verdiyi vədi yerinə yetirib. Ötən şənbə günü həmin qonaqlıq baş tutub və facebook profilində statusa şərh yazanların böyük əksəriyyəti çay qonaqlığında iştirak edib. Fuad Cəfərli çay qonaqlığına 10-dan artıq adamın gəldiyini bildirib:

“Əslində daha çox gözləyirdim. Çünki  çay qonaqlığı bəlli bir çevrə daxilində deyil, hər kəs üçün nəzərdə tutulmuşdu. Əvvəlcədən yer və məkan təyin olunmuşdu, elan verilmişdi. İçimdən gələn bir istək, ideya idi.  Bunun belə dalğa yaradacağını bilmirdim. Vədvermə kampaniyasına başlamaq Çempionlar Liqasında “Qarabağ”ımızın da olması istəyindən yarandı. Əslində kampaniya kimi nəzərdə tutulmamışdı. Sonradan insanların bu ideyanı qəbul etməsi və dəstəkləməsi onu kampaniyaya çevirdi. Bilirsiniz,  uşaqlıqda hər zaman Çempionlar Liqasına baxanda səssizcə içimi çəkib arzulayırdım ki, görəsən nə vaxtsa bizim kulublar da orda olacaqmı?! Çox istəyirdim ki o möhtəşəm himn sədaları altında efirdə bizim oyunçuları görüm və bu arzuma çatdığım üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, avqustun 23-də “Qarabağ” (Ağdam) Futbol Klubu futbol üzrə Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz Danimarkanın “Kopenhagen” komandasına 2-1 hesabı ilə məğlub olsa da səfərdə vurulan qol hesabına adını Avropanın nüfuzlu klub turnirinin qrupuna yazdırmağı bacarıb. Yarımmüdafiəçi Dino Ndlovunun qolu  sayəsində ağdamlılar mərhələ adlayan tərəf olub. “

Ev”dəki oyunda isə Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla “Qarabağ” 1-0-lıq qələbəyə sevinmişdi. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV