Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Turist axını üçün Azərbaycanda kazinoların yenidən açılmasına EHTİYAC VARMI?
Tarix: 28.08.2017 | Saat: 14:40:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bir neçə gündür Azərbaycanda turizm sahəsinin inkişafı, daha doğrusu, turist axınını daha da sürətləndirmək üçün ölkəmizdə yenidən kazino məkanlarının açılması məsələsi gündəmə gəlib. Məsələni isə jurnalist Azər Qərib gündəmə gətirib. Onun sözlərinə görə, Azərbaycanda kazinoların fəaliyyətini bərpa etməklə dövlət büdcəsi xeyli gəlir əldə edər. Bundan başqa qonşu Tbilisiyə yalnız qumar üçün yollanan xarici turistləri buraya gətirər.

 Azərb Qərib kazinoların yalnız turistlər üçün nəzərdə tutulmasını yerli sakinlərin oraya buraxılmasının əleyhinə olduğunu da bildirib:

“Monte-Karlo kazinosu bu balaca dövlətə gəlir gətirir amma heç bir Monako vətəndaşı orada oynaya bilməz. Bu qanundur. Bildiyiniz kimi, kazinolara pasportsuz buraxmırlar və Monte-Karlo kazinosu dünyada bəlkə də yeganə yerdir ki, orada Monako pasportuna hörmət etmirlər.Müəyyən yerlərdə, müəyyən məhdudiyətlərlə, Azərbaycan vətəndaşlarının buraxılmaması şərti ilə işləyən kazinolar həm investisiyaların gəlişi, həm də iş yerləri deməkdir”.

Məsələ ilə bağlı ictimai fikiri öyrənməyə çalışdıq. Doğrudanmı Azərbaycanda kazinoların fəaliyyətə başlamasına ehtiyac var? Turzimin başqa sahələrini inkişaf etdirməklə kazinolardan əldə ediləcək gəlirin üç-dörd qat artığını qazanmaq mümkün deyilmi?

Keçmiş maliyyə naziri Fikrət  Yusifov hafta.az-a açıqlamasında deyib ki, onsuz da  qanunla qadağan olunmasına baxmayaraq, Bakıda onlarla kazino və digər qumar evləri fəaliyyət göstərir:

“Kazino əslində ən çox gəlir gətirən bir sahədir. Lakin hələ 1998- ci ildən bizim ölkəmizdə kazino və ona bərabər tutulan qumar evlərinin fəaliyyəti qadağan edilib. Kazinolarda əldə olunan ümumi gəlirdən 70% vergi ödənilsə də Azərbaycanda bu fəaliyyətin milli, əxlaqi, mənəvi baxımdan yenidən bərpa edilməsi nə qədər doğrudur? Büdcənin gəlirləri azaldığı bir vaxtda əlavə gəlir mənbələrinin ortaya çıxarılmasına ehtiyac böyük olsa da qumar evlərinin milli dəyərlərimizə vura biləcəyi zərər bizi düşünməyə məcbur etməlidir. Əgər biz kazinolarda yerli vətəndaşların qumar oynamasına qadağa qoyub, onu yalnız xarici vətəndaşlar üçün nəzərdə tutsaq, bu hal ölkədə gizli kazinolar şəbəkəsinin genişlənməsinə bir stimul yaratmayacaqmı?  Bəzi məlumatlara görə qanunla qadağan olunmasına baxmayaraq, Bakıda onlarla kazino və digər qumar evləri fəaliyyət göstərir. Suallar çoxdur. Düşünürəm ki, kazinoların və qumar evlərinin yenidən bərpa olunmasına ehtiyac yoxdur. Azərbaycanda turizmin inkişafı üçün çox əlverişli mühit kazinolarsız və qumar evləri olmadan da var. Sadəcə biz turistlərə xidmət etmək mədəniyyətinə sahib olmağı bacarmalıyıq. Çox təəssüf ki, bu sahədə problemlərimiz kifayət qədər çoxdur. Ölkəyə gələn turistə elə xidmət göstərilməlidir ki, o növbəti ildə bir daha bura üz tutsun və başqalarına da Azərbaycanda istirahət etməyi tövsiyyə etsin”.

Millət vəkili Azər Badamovun sözlərinə görə, bizdə kazinoların açılmasına ehtiyac yoxdur. Kazino bizim mentalitetimizə uyğun deyil:

“Artıq bu qanunla da qadağa olunub. Ola bilər ki, Monte-Karloda, Las Veqasda kozinoklublar açıla, turistlərdən gəlir əldə oluna bilər. Turizm bizdə yavaş-yavaş baş qaldırıb inkişaf edən bir sahədir. Amma turizmdə inkişaf etdiriləsi, qazanc əldə olunası başqa sahələr də var, belə sahələr çoxdur. Həmin sahələri inkişaf etdirmək, gəlir əldə etmək mümkündür. Kazinoların Azərbaycanda yenidən fəalliyyətə başlamasını heç də bugünün gündəminə hesab etmirəm. Birincisi, kazino açılırsa bu həm öz vətəndaşlarımız həm də xarici turistlər üçün açıq olmalıdır. Xarici turistlə öz vətəndaşlarımız arasında fərq qoymaq düzgün hesab deyil. İkincisi qumarla pul qazanmağı düzgün hesab etmirəm. Ola bilsin ki, qumar oynamaq üçün Gürcüstana və ya başqa ölkələrə üz tutan tursitlər də var. Buna baxmayaraq, bizdə gəlir əldə etmək üçün kazinoların açılmasını düzgün hesab etmirəm. Yenə deyirəm, bu bizim mentalitetə uyğun deyil. Təmiz turizm sahəsindən pul qazanmaq imkanlarımız kifayət qədərdir. Bütün imkanlardan istifadə olunsa, düşünürəm ki, ölkəmizə axın edən turistlərin də, dövlət büdcəsinə daxil olan  gəlirlərin də sayı çoxalacaq. Bütün sahələri bir kənara qoyub kazino açmaqla məşğul olmağı düzgün hesab etmirəm. Ola bilsin ki, hardasa açılsın. Bu mənim şəxsi fikrimdir – ölkəmizdə kazino açılmasını düzgün hesab etmirəm”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirib ki, kazino açmaq üçün ilk dəfə onun açılacağı yeri müəyyənləşdirmək lazımdır:

“Əvvəla onu deyim ki, kazino sahəsindən turizmə nə qədər gəlir gələcəyini bilmirəm. Onu bu işlə məşğul olan adamlar yaxşı bilər. Hesab edirəm ki, kazino üçün ayrıca yerlər ayrılmalıdır. Dünya təcrübəsində də belədir. Həmin məkanlar məktəblərdən, uşaq bağçalarından, maarif və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Harada gəldi kazino açmaq olmaz. Əvvəllər bizdə kazinolar şəhərin mərkəzində fəaliyyət göstərirdi. Bu da düzgün deyildi.İlk olaraq  kazinonun açıldığı yeri müəyyənləşdirsinlər. Amma onun yerini indiki şəraitdə müəyyənləşdirmək müşkül olacaq. Bu bizneslə məşğul olmaq istəyən şəxslər onu harada açmaq istədiklərinə düzgün qərar verə bilməyəcəklər. Ümumiyyətlə, kazino Azərbaycan mentalitetinə uyğun deyil”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017