Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Miqrasiyaya humanist dəyərlər prizmasından yanaşmaq lazımdır” – MÜSAHİBƏ
Tarix: 06.09.2017 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3%-i beynəlxalq miqrantdır. Beynəlxalq Miqrasiya Siyasətinin Təkmilləşdirilməsi Mərkəzinin məlumatına görə, bu statistika artmaqdadır.

Miqrasiya Azərbaycan üçün də aktual məsələyə çevrilib. Bununla bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında da miqrasiya sazişi imzalanıb. 2013-cü ildə imzalanan saziş leqal və işçi miqrantlar məsələsində Azərbaycanın imkanlarının gücləndirilməsinə yönəlib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə proqramının rəhbəri Meltem Ersan hafta.az-a müsahibəsində miqrasiya sahəsindəki bəzi məsələlərdən danışıb.

- Avropa İttifaqı miqrasiya siyasətini tənzimləmək baxımından ən təcrübəli qurumdur. Bununla belə, prosesə nəzarət etmək çətindir: “Statistik rəqəmlər olsa da, dünyada nə qədər insanın miqrasiya etməsi barədə dəqiq söz söyləmək çətindir. Çünki proses o qədər çoxşaxəli olub ki, nəzarət etmək çətinləşib. Miqrasiya dünya yaranandan bu yana hər zaman olub. Sadəcə bunu tendensiya kimi deyil, yaşamaq uğrunda mübarizə kimi təbliğ etmək, humanist dəyərlər prizmasından yanaşmaq lazımdır.
- Son vaxtlar prioritet məsələlərdən biri də könüllü qayıdışı təbliğ etməkdir...
- Doğrudur. Bunun üçün insanların ölkələrini könüllü tərk etdikləri kimi könüllü qayıdışlarının mümkün olduğunu da onlara başa salmaqdır. Biz könüllü qayıdışı dəstəkləyirik. Bu həm Azərbaycandakı miqrantların öz ölkələrinə dönüşünü, həm də burada olan amma vətəninə dönə bilməyən əcnəbilərin qayıdışını təmin edir. Mikrokreditlər verməklə, qayıtması üçün gediş haqqı ödəməklə, peşə ixitsasına cəlb edib özü özünü təmin etməsinə yardım etməklə onları yenidən cəmiyyətə qaytarmağa nail olmağa çalışırıq. Bu deportasiya deyil, könüllü qayıdışdır.
- Miqrantı yenidən öz ölkəsinə qaytarmaq üçün necə həvəsləndirmək olar?
- Bu ölkəyə görə dəyişir. Elə ölkə var ki, vətəndaşının geri dönüşü üçün müəyyən vəsait xərcləyir, eləsi də var ki güzəştlər tətbiq edir. Hər geri dönən vətəndaşa yardım olunur. Bu Avropa İttiqfaqının həyata keçiriliən könüllü qayıdış proqramına daxil olan üstünlüklərdir.
- Bu proqram Azərbaycan və azərbaycanlı miqrantlara da şamil olunacaqmı?
- Artıq Azərbaycanda da könüllü qayıdış olacaq və biz bununla bağlı proqram hazırlamışıq. Məsələn, buradan könüllü yola salınan əfqanın əvəzində oradan azərbaycanlı gətirəcəyik. Elə insanlar var ki, 10-15 il bundan öncə Avropaya üz tutub. Onlar Avropada daimi yaşamaq üçün evlərini satıb, pullarını xərcləyib. Elə insanlar var ki, 10-15 il yaşamasına baxmayaraq qeydiyyata belə alınmayıb. Bu insanların geri qaytarılması problemlər yaradır. Onların olduğu dövlətlər ya onları qeydiyyata almalı, ya da vaxtında ölkəsinə qaytarmalı idi. Bu insanlara kömək edilməlidir.
- Son vaxtlar azərbaycanlılar daha çox hansı ölkələrə üz tutur və səbəb nə göstərilir?
- Azərbaycandan daha çox Almaniya, İsveç, Hollandiyaya gedənlər üstünlük təşkil edir. Ölkədən getmə səbəbləri sırasında təhsil və səhiyyəyə görə miqrasiya ilk yerdə dayanır. Bir qism insanlar məhz sağlamlıq durumunu qaydasına salmaq üçün ölkəni tərk edir,digər bir qism isə təhsil almaq üçün. Ailələr də övladlarının məhz təhsil və sağlıq məsələsi baxımından təminatlı olması üçün başqa ölkələrə miqrasiya edir. Hazırda bütün dünyada miqrasiya tendensiyası var. Elə bir ölkə yoxdur ki, oradan kimsə getməsin və ya ora getməsinlər.
- Hazırda miqrasiyanın ən böyük problemlərindən biri insan itkisidir. Bununla bağlı satatistika varmı?
- Dünyada miqrantların sayı artıq 250 milyonu keçib. Son 16 ildə miqrasiya prosesi zamanı yalnız yollarda 40 mindən çox insan ölüb. Müharibə və təhlükələr artmaqda davam edir və bu miqrantların sayının daha da artacağını göstərir. Bu baxımdan Beynəlxalq Miqrasiya Təşkilatı hökumətlərlə sərhəd-keçid məntəqələri, sığınacaqlar, qanunvericiliyin təkmilləşdirilməsi, ayrı-seçkilik və başqa məsələlərin həlli ilə bağlı işlər aparır.
- Azərbaycan da qaçqın, miqrant problemi yaşayan bir ölkədir. Bu sahədə hansı problemlər var ki, Avropa İttifaqı onun həllində maraqlıdır?
- Azərbaycanın dünyaya nümunə ola bilən potensialı var. Bu ölkədə xarici vətəndaşa dilinə, dininin müxtəlifliyinə, dərisinin rənginə görə ksenofobiya yoxdur. Avropa İttifaqı Azərbaycanla viza sadələşdirilməsi və readmissiya barədə saziş imzalayıb. Bu, Bakı və Avropa İttifaqı arasında bu məsələnin uzun müddət prioritet olaraq qalacağını göstərir. Miqrasiya məsələləri Avropa Şurasının Azərbaycanla əməkdaşlığında mühüm yer tutur. Hazırda Türkiyə, Misir, İordaniya və İraqda Suriyadan olan 4 milyon qaçqın yerləşir. Bu gün Avropa da çox ciddi miqrasiya böhranı ilə üz-üzədir. Miqrasiyaya məruz qalan günahsız insanlar əzab içərisində yaşayır. Avropaya üz tutmuş miqrantların problemləri heç də hər zaman həll olunmur. Avropa Şurası dövlətlərlə iş aparır ki, miqrant problemi Avropa İnsan Haqları Konvensiyası çərçivəsində həllini tapsın. Azərbaycan hökuməti bütün bu çağırışlara yüksək səviyyədə cavab verib.
- Bu sahədə Azərbaycanda fəaliyyət göstərən qurumların işini necə qitmətləndirmək olar?
- Avropa İttifaqının miqrant siyasətində önəmli bir məsələ miqrant məsələsi ilə birgə vüsət alan insan alverinin qarşısını almaqdır. Bununla bağlı Avropa İttifaqı 1996-cı ildən miqrasiya sahəsində layihələr reallaşdırır. Azərbaycanda miqrasiya ilə bağlı çalışan xeyli qurumlar var. Yəni miqrasiya bir çox sahələrə təsir etdiyi üçün əksər qurumların fəaliyyətinin bir hissəsi də bu sahənin problemlərini həll etməyə yönəlib. Miqrasiya idarəçiliyində Azərbaycanın on illik təcrübəsi var, amma ölkə inkişaf edir, proseslər dəyişir. Odur ki, yeni layihələr reallaşdırılmalıdır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV