Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ev heyvanları saxlamaq uşaqlara müsbət təsir göstərmir - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 06.09.2017 | Saat: 20:00:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Sentyabrın 6-da sosial şəbəkə istifadəçiləri bir çox maraqlı məlumatlar və statuslar paylaşdılar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.


Ev heyvanları saxlamaq uşaqlara müsbət təsir göstərmir


ABŞ-da aparılan bir araşdırmada ev heyvanları saxlamağın uşaqların psixi və fiziki sağlamlığına müsbət təsiri olmadığı fikri irəli sürülüb. Alimlər Kaliforniya ştatında it və ya pişik saxlayan 2 min 200, ev heyvanı olmayan 3 min uşaq üzərində təcrübə aparıblar. Araşdırmaya ev heyvanları olan və olmayan uşaqların psixi və fiziki sağlamlığından əlavə, ailə gəlirləri də daxil olmaqla 100-dən çox statistik ünsür daxil edilib. Nəticədə, ev heyvanları olan uşaqların psixi və fiziki sağlamlıqlarının digərlərinə nisbətən daha yaxşı olması faktına rast gəlməyiblər. Elm adamları evdə it ya da pişik saxlayan uşaqların digər həmyaşıdlarından fərqli olaraq, diqqət azlığı kimi sağlamlıq problemlərinə tutulma riskinin yüksək ola biləcəyini söyləyiblər.
Səmayə Əliyeva: "Mənim iki itim var. Uşaqlarımın ən yaxın dostlarıdır və sağlamlıqlarında da problem yoxdur".
Arif Həsənov: "Bu araşdırmanı hazırlayan ev heyvanlarının qənimidir".


"WhatsApp" ödənişli olacaq


Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" ödənişli olacaq. hafta.az istipress-ə istinadən xəbər verir ki, "WhatsApp" şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır. "WhatsApp"ın əməliyyat direktoru Matt Idema iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb: "Detallar hələlik təsdiqlənməyib". Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. "WhatsApp"ın öz bloqundakı açıqlamada belə yazılıb: "Kiçik şirkətlər üçün pulsuz olan "WhatsApp Business" tətbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir". "Facebook" 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən "WhatsApp"ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.
Firuzə Səmədova: "Yaxşı ki, iş adamı deyilik və şirkətlərimiz də yoxdur".


100-dən artıq uşağı zorlayan pedofil həbs edildi


ABŞ vətəndaşı Pol Leyton (Paul Leighton) 100-dən çox həddi-büluğa çatmamış uşağı zorlamaqda ittiham edilərək 16 il müddətinə həbs edildi. Publika.az bildirir ki, qəribə "onlayn-zorlama" haqda The Daily Mirror məlumat yayıb. İngiltərənin Sixem şəhərinin sakini Facebook-da bir neçə hesab açaraq azyaşlı uşaqların etibarını qazanır. O, şəbəkədə açıq şəkillərdən istifadə edir və əvəzində həddi-buluğa çatmamış həmsöhbətlərindən də özlərinin lüt şəklini çəkməyi tələb edirdi. Daha sonra isə, məsələnin ikinci mərhələsi gəlir: o, yeniyetmələri şantaj edir, onları kiçik qardaş və bacıları, həmçinin dostlar ilə cinsi-zorakı hərəkətlər etməyə məcbur edirdi. Məhkəmədə bir neçə qurban çıxış edərək, Leytonla ünsiyyətdən sonra intihar etmək fikirlərinin yarandığını dilə gətiriblər. Leytonun kompyuterində pornoqrafik xarakterli foto və videofayllar daxil olmaqla 2 mindən çox material aşkar edilib. Məlum olub ki, ABŞ-dan, Avstraliyadan və Kanadadan olmaqla 100-dən çox uşaq mənfur kişinin qurbanı olub.
Samirə Behbudova: "Bu cür xəstə insanlar cəmiyyətdən tamamilə təcrid edilməlidir".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ