Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azəri-Çıraq-Günəşli”də ehtiyatların yarıdan çoxu hələ qalıb” – İLHAM ŞABAN
Tarix: 07.09.2017 | Saat: 13:11:00
Bölmə:Müsahibə | çapa göndər

Ölkə başçısı İlham Əliyev ötən gün Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində bildirdi ki, iyirmi ildən sonra yeni kontrakt imzalanır.  2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək.

Doğrudur, yeni müqavilənin imzalanması bir müddət öncə də gündəmə gəlmişdi. Sonradan "bp" şirkəti ilə imzalanacaq müqavilə haqqında əlavə məlumat verilmədi.

Ekspert İlham Şabah hafta.az-a müsahibəsində 2050–ci ilə qədər uzadılacaq müqavilə və onun şərtləri haqqında proqnozlarını bölüşüb. Ekspert hesab edir ki, bu layihə davam etməsində həm SOCAR, həm də "bp" maraqlıdır.

- İlham bəy, iki il əvvəl Azərbaycan tərəfi “Azəri–Çıraq–Günəşli” layihəsi ilə bağlı belə bir müqavilənin imzalanacağını bəyan etmişdi. Lakin sonra nə baş verdi ki, proses bu qədər yubandı?

- Əvvəla, bu kontraktın imzalanması ilə bağlı səhv etmirəmsə, 2015–ci ilin payızında Azərbaycan Dövlət Neft Şirkəti "bp" arasında ilkin razılıq əldə olunmuşdu. Bundan sonra tərəflər layihənin kommersiya müddəalarının hazırlığına başlamışdılar. Prezidentin “Xankəndi” tankerinin açılışında səsləndirdiyi fikirlər neft dairələrində çalışanlar üçün ekspromt açıqlama deyildi. Yəni, “Azəri–Çıraq–Günəşli” layihəsinin 2050–ci ilə qədər müddətinin uzadılması məsələsi 2 il bundan əvvəl planlaşdırılıb. 2017–ci ilin “Xəzər” neft-qaz sərgisində Dövlət Neft Şirkətinin İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev daha pozitiv fikirlər açıqlamışdı ki, iyunun axırına qədər müqavilənin imzalanması gözlənilir. Görünür, yay vaxtına düşdüyü üçün proses bir qədər uzanıb.

- Müqavilənin bu qədər müddətə uzadılmasında əsas məqsədlər nədir?

- Müqavilənin uzadılmasında əsas məqsəd hasilatın stabil saxlanılması və sərfəli yolla dəniz yatağının işlənməsi məsələsidir. Bundan əvvəl dəniz yatağının işlənməsi bizə çox sərfəli başa gəlmişdi. Müqavilədə yataqların bundan sonra da o cür işlənməsi, bu işin davam etdirilməsi nəzərdə tutulur. Orada qalan ehtiyatların nisbətini götürsək, indiyə qədər 430 milyon ton neft hasil edilib; “Azəri–Çıraq–Günəşli” yatağının ümumi ehtiyatları 1 milyard tona yaxındır. Bunu nəzərə alsaq ehtiyatların yarıdan çoxu hələ qalıb. Ona görə də Azərbaycan tərəfi "bp" və tərəfdaşları ilə əməkdaşlıqda maraqlıdır. Bununla da ölkəmizə xarici investisiya axını davam edəcək. Xarici şirkətlər üçün 20 ildən artıq işlədikləri, tanıdıqları bir yataqdan tezliklə ayrılmaq sərf etmədiyi üçün müqavilənin uzadılmasına razı oldular. Çünki müqavilənin müddəti 2024–cü ilin sonunda bitirdi. Əgər "bp" və tərəfdaşları buradan daha tez ayrılsaydı, birinci müqavilənin müddəalarına uyğun olaraq 2020-ci ildə təhvil-təslimə başlamalı idi. Bununla da “Azəri–Çıraq–Günəşli”də öz işlərini bitirib hər şeyi SOCAR-a təhvil verməli idilər. Hər iki tərəf maraqlıdır ki, bu layihə davam etsin və buradan qazanc götürsünlər. Qazanc götürmək üçün isə investisiya lazımdır. İnvestisiya olmayanda hasilat aşağı düşür.

- Hazır yataqlar üçün külli miqdarda vəsait nəyə lazımdır?

- “Azəri–Çıraq–Günəşli” layihəsi artıq özünün “cavanlıq dövrünü” arxada qoyub. İstismarın orta mərhələsindədir. Yəni, yataqdan istəniləni əldə etmək üçün texniki məsələlərə pul daha çox lazımdır. Daha çox quyu qazılmalıdır. Laylardan su çıxır, onun qarşısını almaq üçün əlavə xərclərə ehtiyac duyulacaq. Əvvəl iki dollara başa gələn neftin indiki maya dəyəri 6 dollardır. Yataqlar köhnəldikcə onun xərcləri də artır.

- Bəs xərc artanda pulu haradan tapmaq lazımdır? Xərci investor çəkir yoxsa icarəyə verən bu yükün altına girir?

- Xərc artanda maliyyəni investorla bölüşmək lazmdır. Yaxud da daha cəlbedici təklifə ehtiyac duyulur. Məhsuldar yatağı daha effektiv işlətmək üçün lazım olan əsas məsələ maliyyə qaynağıdır. Ona görə müqavilənin son müddəti 2050–ci il göstərilir ki, istehsalçılara daha münbit şərait yaradılır. Müqavilənin uzunmüddətli olması yataqların işlənilməsi üçün daha münbit şərait yaradır. Biz on beş il də deyə bilərdik. Amma bu effektli olmayacaqdı. Bu da investor üçün edilən bir jestdir. İnvestorlar da bunun qarşılığında bizə əlavə dividentlər verməlidir. Biznesdə heç bir güzəşt qarşılıqsız edilmir. Yəni, sən qarşı tərəf üçün hansı imkanı yaradırsansa, onun müqabilində sənə çatacaq mənfəəti, bonusları artırır. Bütün bunlar müqavilənin şərtlərində daha aydın göstərilir. Adətən kommersiya şərtləri açılmır. Buna baxmayaraq, Azərbaycanda həmişə ictimaiyyət üçün məqbul olan nüanslar cəmiyyətə çatdırılır. Dövlət Neft Fondunun açıqladığı rəqəmlərə baxsaq görərik ki, bir ay ərzində 500-520 milyon dollar mənfəət gəlirləri əldə olunur. Bunun nəyi pisdir ki?! Bu gün ölkədə heç bir şirkət dövlətə bu qədər mənfəət vergisi ödəmir. Nəinki mənfəət vergisi ödəmək, heç gəlir gətirmək qüdrətində deyil. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017