Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ordumuz qüdrətinə görə dünyada beşincidir” – Said Xan Mohmand
Tarix: 07.09.2017 | Saat: 20:00:00
Bölmə:Siyasət | çapa göndər

Pakistanın ölkəmizdəki səfirliyi Müdafiə Günü ilə bağlı qəbul keçirib.

Hafta.az-ın xəbərinə görə, qəbulda Azərbaycandakı xarici ölkə səfirliklərinin nümayəndələri və hərbçilər, yerli media təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib ki, Müdafiə Günü 1965-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunur.

Səfirin sözlərinə görə, dünyada layiqli yerini tutan Pakistan ordusu bu gün də öz ölkəsini qoruyur. Diplomat qeyd edib ki, Pakistan nüvə silahına malik ölkədir. “Bizim ordu öz qüdrətinə görə dünyada beşincidir. Pakistan ordusu günümüzdə dünyanın ən qaynar nöqtlərində sülhməramlı əməliyyatlarda iştirak edir. Pakistan terrorçuluğa qarşı mübarizədə də böyük uğurlar qazanıb. Biz ilk gündən Pakistanın ən ağrılı problemi olan Kəşmir münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Pakistan hökuməti həmçinin Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanındadır və münaqişənin BMT qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdardır" – səfir deyib.
Bu arada, 1965-ci il müharibəsi haqqında qısaca məlumatla tanış olaq.


1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında ikinci genişmiqyaslı müharibə baş verib. Müharibəyə səbəb isə rəsmi Dehlinin Pakistanı guya mübahisəli Kəşmir ştatının Hindistan hissəsində üsyan qaldırmağa cəhd göstərilməkdə ittihamlaması olub. Qısa vaxtda bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilib. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3800, Hindistan tərəfindən 3000 nəfərin ölümünə səbəb olub, 8623 nəfər yaralanıb. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017