Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “başşünası” - HƏFTƏ REYTİNQ
Tarix: 08.09.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli cümə axşamı dünyasını dəyişmiş məşhur azərbaycanlı alim Lütfi Zadənin Azərbaycanda hansı məkanda dəfn olunacağı ilə bağlı sualla müraciət edən jurnalistlərə ağlasığmaz cavablar verdi:“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır...”. Ölkə prezidenti və dövlət rəhbərliyinin yaxınlarına rəsmi başsağlığı verdiyi alim barədə növbəti sual verən digər müxbirə də A.Əli daha biabırçı cavab verib: “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir... Onun alimliyinin mənə dəxli var?..”. Baş nazirin müavini Abid Şərifov isə mediaya açıqlamasında A.Əli haqqında sərt fikirlər səsləndirib və onun rəsmən cəzalandırılacağını bildirib.


Həftənin “psixi xəstəsi”


Keçmiş Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin psixiatriya xəstəxanasına müraciət etməsi haqqında xəbərlər yayıldı. Buna səbəb kimi, Fransa hökumətinin ona verdiyi sığınacaq müddətini uzatmaqdan imtina etməsi göstərilir. “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli sosial şəbəkədə belə yazıb: “Məlumata görə, Fransa hökuməti “San-Marino” ayamalı azərbaycanlı saxta hüquq professoruna verdiyi 1 illik sığınacağı uzatmayıb. O da özünü vurub dəliliyə ki, guya dəlidir. Psixoloq da deyib, bununla statusunu uzatmayacaqlar. Ona görə də saxta hüquq professoru bir sayt açıb, indi də jurnalist kimi özünü fransızlara dürtüşdürüb status almaq istəyir...”. Sabiq deputat Gülər Əhmədova isə bununla bağlı aşağıdakı statusu yazıb: “Elşad Abdullayevə qarşı haqsızlıga son qoyulsun! (gülüş işarəsi) Fransa hökuməti onu psixi xəstə kimi tanımalıdır (gülüş işarəsi)! Çünki bu, həqiqətdir! Vətənə qayıdın, sizin üçün lap darıxdıq (gülüş işarəsi)...”.


Həftənin “konfetpaylayanı”


Türkiyənin Baş naziri Binəli Yıldırım Qurban Bayramında yoldan keçən avtomobilləri saxladıb sürücülərlə bayramlaşdı, onlara konfet payladı. Böyüklərin bayramını təbrik edən nazir onlarla qısa söhbət edib. Baş nazir sürücü və digər yaşlı insanlara şokolad verib. Avtomobildə olan balacalar isə Baş nazirdən bayram xərci olaraq pul alıblar.Türkiyədə bayramlarda geniş yayılan bu adəti baş nazir küçədən keçən adi sakinlərə tətbiq edib. Videoçarx Türkiyə sosial mətbuatında geniş rezonansa səbəb olub.


Həftənin “körpə oğul atası”


Ukraynanın 67 yaşlı sabiq prezidenti Viktor Yanukoviçin hələ də 3 yaşlı oğlu olduğu bilindi. Yanukoviçin üçüncü oğlu keçmiş dövlət başçısı Maydan hadisələri vaxtı ölkəni tərk etdikdən dərhal sonra anadan olub. Eks-prezidentin hazırda 3 yaşı olan kiçik oğlunun anası isə V.Yanukoviçin qeyri-rəsmi nikahda yaşadığı Lyubov Polejaydır. O, oğlan uşağını 2014-cü ildə dünyaya gətirib. Xatırladaq ki, daha öncə Almaniyanın “Spiegel” nəşri Rusiyaya köçdükdən sonra Yanukoviçin həyat yoldaşı Lyudmiladan boşandığı və keçmiş aşpazının bacısı ilə birgə yaşamağa başladığını yazmışdı. Yanukoviçin mətbuat xidməti bu iddiaları qətiyyətlə rədd etmişdi.


Həftənin “pələngi”


Vladivostokda Şərq İqtisadi Forumunda iştirak edən Cənubi Koreya Prezidenti Mun Çje İn Vladimir Putinlə söhbəti zamanı onu pələngə bənzətdi. Mun Çje İn Putinlə olan oxşarlıqlarından danışıb və Putini amur pələngi ilə müqayisə edib:“Əksəriyyətinə elə gəlir ki, cənab prezident, sizin ruhunuz amur pələnginə oxşayır. Mənim adımdakı “İn” sözü də pələng mənasını verir. Demək olar ki, bir-birimizə pələngdəki cəsarət, mərdlik cəhətdən çox oxşayırıq...”.


Həftənin “pivəxoru”


Müğənni, meyxanaçı Samirə Yusifqızı mediaya açıqlamasında öz oğlu ilə pivə içməsindən danışdı. “Heç pivə içib meyxana demisinizmi?” sualına müğənni belə cavab verib: “Tövbə, heç vaxt. Çünki məclislərə gedəndə elə olur ki, ev sahiblərinin yanında otururuq. Həmişə də pivə içmək olmaz axı. Adam pivə çəlləyinə dönər. Bu, heç təqdirəlayiq də deyil. Müəyyən vaxtlarda, evdə sakitləşmək, dincəlmək istəyəndə bir bakal pivə içib başını atıb-yatırsan. Çünki o, adama yuxu gətirir və böyrəklərə xeyir verir... Hərdən istilərdə ürəyim istəyəndə evdə balıqla pivələyirəm. Oğlumla ana-bala oturub hərəyə bir bakal pivə vururuq...”.


Həftənin “peşmanı”


Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin hərəkətindən peşman olduğunu bildirdiyi məlum oldu. Nail Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib. Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.


Həftənin “milyarder saatı”


“LUKoyl” neft şirkətinin prezidenti, milyarder iş adamı Vahid Ələkbərov, demək olar ki, hər zaman dünyanın ən bahalı və eleqant saatlarından biri hesab edilən “Patek Philippe” markasından istifadə etdiyi bəlli oldu. “Patek Philippe” polşalı saatçı Antoni Pateklə fransız saatçı “Adrien Philippe” tərəfindən 1851-ci ildə yaradılıb. Həmin tarixdən etibarən bu saatlar yüksək keyfiyyəti ilə tanınır. Napoleon Bonapart, Çar I Aleksandr, Kraliça Viktoriya, Tomas Cefferson kimi tarixi şəxsiyyətlər və məşhurlar bu saata üstünlük veriblər. Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin də dəyərli zamanını “Phatek Philippe” saatları ilə izləyir. Orjinal “Patek Philippe” saatlarının qiymətləri 50 min dollardan 6 milyon dollara qədərdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV