Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zakir Həsənovun Tel-Əviv səfəri – “Dəmir gümbəz” Bakıya gələcəkmi?
Tarix: 11.09.2017 | Saat: 13:27:00
Bölmə:Siyasət | çapa göndər

Bir müddət öncə Ermənistan mediasında İsrailin Azərbaycana silah satışının dayandırılacağı ilə bağlı xəbərlər yayıldı. İşğalçı ölkə mediası iddia edirdi ki, erməni rəsmilərinin silsilə Tel-Əviv səfərlərindən sonra İsrail Azərbaycana silah satışına bir müddət ara verəcək. İsrail mediası isə buna cavab olaraq Bakı ilə hərbi əməkdaşlığın davam etdiyi haqda bu ölkə rəsmilərinin açıqlamalarını tirajladılar.

İndi isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfərə gedib. Səfər çərçivəsində onun bu ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub. İşgüzar səfərin sonunda cənab Həsənovun ölkəyə hansı yeni razılıqlarla gələcəyi böyük maraq doğurur.

Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında deyib ki, Zakir Həsənovun Tel-Əviv səfərinin uğurlu keçəcəyini indidən söyləmək mümkündür. Onun sözlərinə görə, buna səbəb iki ölkə arasındakı hərbi əməkdaşlığın hazırda çox yüksək səviyyədə olmasıdır:

“Bir neçə gün öncə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanla münasibətlər haqqında danışmışdı. O, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi. Tel-Əvivin Bakıya təklilləşdirilmiş, modernləşdirilmiş silahlar verməsi məsələsi gündəmdədir. Bu barədə İsrail qəzetləri də yazıb. İsrail mediası bildirirdi ki, bu cür silahların Azərbaycana satışı davam etdiriləcək. Müdafiə naziri səviyyəsində rəsmi şəxs ilk dəfədir ki, Tel-Əvivə səfər edir. Zakir Həsənov birbaşa İsrail rəsmiləri ilə görüşəcək. Onun bu səfər çərçivəsində israilli həmkarı Libermanla görüşü  nəzərdə tutulub. O, Azərbaycanın çox yaxın dostudur”.

Politoloqun sözlərinə görə nazir Həsənovun İsrail səfəri çərçivəsində baş nazir Netanyahu ilə də təkbətək görüş olacağı gözlənilir. Söhbətlərin əsas məğzi isə İsrail-Azərbaycan hərbi əməkdaşlığı, yeni silahların alqı-satqısı olacaq:

“Məndə olan məlumata görə, bu dəfə söhbətlər iki istiqamətdə aparılacaq. Birincisi, yeni, daha müasir silahların alınması, ikincisi, həmin silahların istehsalının Azərbaycanda təşkil edilməsidir. Artıq ekspertlər səviyyəsində bu razılıq əldə olunub. Bununla yanaşı, bir neçə müddətdir ki, İsrail markalı uçan dronlar, kamikadze dronların ölkəmizdə istehsalına başlanılıb. İndi bizim üçün ən vacib silah növü raketləri tutan “dəmir gümbəz” deyilən raketdən müdafiə sistemlərinin alınmasıdır. Bu silah hər cür raketləri istənilən yüksəklikdə zərərsizləşdirə bilir. Güman edirəm ki, artıq bu istiqamətdə də razılama var. Tezliklə bu razılaşmaların həyata keçiriləcəyinə inanıram”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, müdafiə naziri Zakir Həsənovun Polşanın ardından İsrailə getməsi Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir. Onun sözlərinə görə, Azərbaycan İsraildən milyardlarla dollar dəyərində silah və sursat alır, üstəlik erməni lobbisi son zamanlar iki ölkə arasındakı hərbi əməkdaşlığa kölgə salmaq üçün İsrail mətbuatında saxta faktlara əsaslanan məqalələr yayımlayır. Demək istər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi:

“İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Bu səfər prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb onun gələn ay Azərbaycana səfərini müzakirə edərkən, müdafiə nazirini İsrailə göndərdi. Düşünürəm ki, İrandakı mollaların nə deməsindən asılı olmayaraq rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq, bu onun da xeyrinədir, ortada çox böyük regional layihələr var.İsrailin prezidenti, baş naziri və xarici işlər naziri dəfələrlə Azərbaycanda rəsmi səfərlərdə olublar, ancaq eyni səfərləri Azərbaycan rəsmiləri İsrailə həyata keçirməyiblər. Hətta eks-prezident Heydər Əliyevin hakimiyyəti dövründə mərhum müşavir Vəfa Quluzadə İsrailə gizli səfər etmişdi ki, cənub qonşumuz qıcıqlanmasın”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV