Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mən Azərbaycan haqqında nə bilirəm”in qalibləri Bakıya gələcəklər
Tarix: 11.09.2017 | Saat: 13:13:00
Bölmə:Mədəniyyət | çapa göndər

İslamabaddakı səfirliyimizdə pakistanlı gənclər arasında ilk dəfə təşkil olunun “Mən Azərbaycan haqqında nə bilirəm” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Hafta.az səfirliyin facebook səhifəsinə istinadən yazır ki, bu münasibətlər səfirlikdə təşkil edilən görüşdə Pakistandakı səfirimiz Əli Əlizadə qalibləri təbrik edib, onlara Azərbaycanın siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində qurulan ölkələrarası dostluq və qardaşlıq münasibətləri, Ermənistanın etnik təmizləmə və terrorçuluq siyasəti haqqında məlumat verib. Azərbaycana göstərdikləri marağa görə gənclərə təşəkkür edən səfir onların yazdıqları məqalələrin önəmli mövzuları əhatə etdiyini vurğulayıb.

Səfir deyib ki, qaliblər sentyabrda Azərbaycana bir həftəlik səfər etmək imkanı qazanıb, onlar ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.

Müsabiqənin qalibləri yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirib, bu ölkə haqqında daha yaxından məlumat əldə edəcəklərini və hər şeyi öz gözləri ilə görməkdən məmnun olacaqlarını söyləyiblər.

Xatırladırıq ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Pakistandakı səfirliyimizin təşkilatçılığı ilə Pakistan gəncləri arasında ilk dəfə keçirilən bu müsabiqə müxtəlif vətənpərvərlik mövzularını əhatə edib. Müsabiqəyə qatılan 200-ə yaxın iştirakçı arasından 5 nəfər qalib olub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV