Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Lapşin əməlindən peşman olduğunu dedi və əfv edildi” – Əliməmməd Nuriyev
Tarix: 11.09.2017 | Saat: 13:38:00
Bölmə:Siyasət | çapa göndər

“Bu gün Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan əsas siyasətlərdən biri də cəzanın humanistləşdirilməsi ilə bağlıdır. Cənab prezidentin 10 fevral 2017 – ci il tarixli sərəncamına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra  maddələr üzrə cəzanın hümanistləşdirilməsi istiqamətində addımlar atılır. O cümlədən, az ağır, ictimai təhlükəsi olmayan cinayətlərin həbsə alternativ cəzaların tətbiqindən söhbət gedir. Hesab edirəm ki, Lapşinin ölkə başçısı tərəfindən azad edilməsi də ölkədə aparılan cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı  atılan addımların davamıdır”.

Bunu hafta.az-a açıqlamasında hüquq müdafiəçisi Əliməmməd Nuriyev ölkə prezidentinin İsrail vətəndaşı Aleksandr Lapşinin əfv olunması ilə bağlı sərəncamına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə ölkə prezidentinin təkcə bu dövlətin vətəndaşlarını deyil, hətta cinayət törətmiş başqa ölkə vətəndaşlarını da əfv etməsi onu göstərir ki, Azərbaycan humanist siyasət aparan dövlətdir:

“Cənab prezident insana ədalətli və hümanist yanaşmanı hər zaman tətbiq edib və bu davam edir. Nəzərə almaq lazımdır ki, cənab prezident tərəfindən bu ilin mart ayında 423 nəfərin əfv edilməsi ilə bağlı böyük sərəncam imzalanıb. Lapşin Azərbaycan qanunvericiliyini pozmuşdu. Ölkəmizin işğal edilmiş ərazilərinə rəsmi Bakıdan icazə almadan səfər getmişdi. Eyni zamanda, o, öz yazılarında Azərbaycana münasibətdə qərəzli, böhtan xarakterli fikirlərə yer ayırmışdı. Lapşin həbs edildikdən sonra məhkəmə istintaqı zamanı etdiyi hərəkətlərdən dərin peşmanlıq hissi keçirdiyini vurğulamışdı. Aleksandr Lapşinin anasının Azərbaycan Respublikası Prezidentinə müraciəti vardı. Onun özü belə ölkə başçısına dəfələrlə müraciət ünvanlamışdı. Bir çöx dövlətlərin rəhbər şəxslərinin, o cümlədən İsrail xarici işlər nazirinin, müvafiq strukturlarının Lapşinlə bağlı müraciəti vardı. Bütün bunlar cənab prezident tərəfindən nəzərə alındı və o, əfv edildi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Lapşinin həbs edilməsi Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən digər şəxslər üçün də bir dərs oldu. Bu qanunsuz səfər edənlərin həmin ərazilərə səfərinin qarşısının alınması üçün mühüm bir addım idi:

“Lapşinin məhkəməsi onu göstərdi ki, Azərbaycan ərazilərinə qanunsuz şəkildə gələn hər bir şəxs harada olmasından asılı olamayaraq məsuliyyətə cəlb ediləcək. Lapşində olduğu kimi. Azərbaycan dövləti həbs etməklə yanaşı, əfv, mərhəmət etmək hüququnu da həyata keçirir. Cənab prezidentin Lapşinlə bağlı sərəncamı bunun göstəricisidir. Əgər şəxs peşmandırsa, bir daha bu cür hərəkətlərə yol verməyəcəyi ilə bağlı öhdəlik götürürsə, həmin şəxslər bağışlana bilər. Aleksandr Lapşin də öz səhvini etiraf etdi”.

Qeyd edək ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV