Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Doktorantura təhsili Avropa standartlarına uyğunlaşdırılacaq
Tarix: 11.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda bu istiqamətdə nəzərdə tutulan “Nizami” layihəsinin icrası uğurla davam etdirilir

Azərbaycanda təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi məqsədilə mütəmadi olaraq layihələr həyata keçirilir. Qeyd edək ki, Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı” (“Nizami”) layihəsinin icrası və yeni tədris ilinə hazırlıqla bağlı müşavirə təşkil olunub. Tədbirdə çıxış edən akademiyanın elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, “Nizami” layihəsində Azərbaycanın bir çox universitetləri iştirak edir. Əsas məqsəd Azərbaycanda doktorantura təhsilini təkmilləşdirmək, struktur, məzmun və ideya baxımından zənginləşdirərək Avropa standartlarına uyğunlaşdırmaqdır. O qeyd edib ki, elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malik olan bu layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Ə.Sadıqov dövlət başçısının da dəstəklədiyi “Nizami” layihəsinin əhəmiyyətindən söz açaraq bildirib ki, layihə doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunu asanlaşdırmaqla yanaşı, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verəcək.
Sonra AMEA-nın elm və təhsil İdarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov çıxış edərək bu gün elm və təhsilin müasir səviyyədə inteqrasiyası məsələsinin aktual olduğunu vurğulayıb. AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söz açaraq bu elmi qurumda təhsil alan magistrantların doktorantura təhsilinə cəlb edilməsinin vacibliyini önə çəkib. O, 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul, plan yerlərinə edilən dəyişikliklər, həmçinin tədris planının həyata keçirilməsi ilə bağlı tələblər haqqında məlumat verib. Bildirib ki, doktoranturaya sənəd qəbulu zamanı tədqiqatçının elmi və pedaqoji stajı, magistratura təhsili və digər məsələlər nəzərə alınmalıdır.
Xatırladaq ki, ilin əvvəlinə ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardır. Azərtac-ın xəbərinə əsasən, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda məlumat verilir.
Hesabatda bildirilir ki, bununla yanaşı, onların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,2 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə 2182 doktorantın 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır. Doktorantlardan 118-i biologiya, 80-i aqrar, 53-ü iqtisad, 48-i texnika, 29-u biologiya, 24-ü tarix, 23-ü pedaqogika, 26-sı yer elmləri, 140-ı isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86-sı qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.
Məlumat üçün onu da vurğulayaq ki, Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. Eyni zamanda, 2000-2014-cü illər arasında ali təhsil müəssisələrində tədqiqat və işləmələrlə məşğul olanların sayı 5,75 dəfə artdığı halda, elmi-tədqiqat təşkilatlarında bu göstərici cəmi 1,26 dəfə çoxalıb. Beləliklə, ali təhsil müəssisələrində tədqiqat və işləmələrin həcmi daha sürətlə böyüyür ki, bu da ali təhsilin elm tutumunu gücləndirir. Digər tərəfdən alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2005-2014-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə atrıb. Bu mənada ekspertlər ali təhsil sektorunda elmin rolunun sürətlə böyüdüyü qənaətindədirlər. Onların fikrincə, Azərbaycanda da universitetlərdə elmin iqtisadi inkişafın əsas təmayüllərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıla bilər. Universitetlərimizdə aparılan elmi araşdırmaların bir hissəsi bilavasitə biznesin sifarişinə uyğun həyata keçirilə bilər ki, bu da elmin və təhsilin inkişafı üçün əlavə stimul olmaqla ümumilikdə iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edər.
Yeri gəlmişkən, hazırda Azərbaycanla Avropa İttifaqı arasında Qonşuluq siyasətinə dair sənədin tələblərinə uyğun olaraq elm və təhsil sahəsində bir sıra böyük layihələrin icrası həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin koordinatorluğu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində 6 mühəndislik ixtisası üzrə ilk dəfə olaraq beynəlxalq standartlara əsasən akkreditasiya həyata keçirilib. Eyni zamanda, hazırda ADNSU-da ingilis dilində tədris olunan 10 ixtisas üzrə beynəlxalq akkreditasiya həyata keçirilir. Digər uğurlu bir layihə kimi Erasmus+ proqramı çərçivəsində Təhsil Nazirliyi və AMEA-nın dəstəyi ilə bir sıra Avropa universitetlərinin iştirakı ilə “Nizami” layihəsinin həyata keçirilməsini göstərmək olar. Bu layihələrin əsas məqsədi Azərbaycanda doktorantura təhsil pilləsinin Avropa doktorantura təhsilinə uyğun müəyyən edilməsi, ixtisas təsnifatlarına nəzər yetirilməsi, ümumilikdə doktorantura təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu mənada Aİ ilə həyata keçirilən Tvinninq layihəsi Azərbaycanda ali təhsil sisteminin potensialının yüksəldilməsi istiqamətində ən uğurlu layihələrdən biri hesab oluna bilər. Bu layihə bir neçə komponentdən ibarətdir. Layihə milli kvalifikasiya sahəsində işlərin reallaşdırılması, bu sahədə mövcud qanunvericiliyin nəzərdən keçirilməsi, Avropa standartları ilə müqayisə edilməsi və bunun nəticəsi olaraq qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdə tutur. Keyfiyyətə nəzarət komponenti üzrə pilot layihə 3 ali məktəbdə - UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.
Xatırladaq ki, layihənin icrasına 2015-ci ildə başlanılıb, 2018-ci ildə isə yekunlaşdırılması nəzərdə tutulub.
Yeri gəlmişkən, 2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasında iştirakında da aktivlik müşahidə edilib. Belə ki, ali məktəblərin bu bazadakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı 350-yə çatıb. Bu göstərici 2015-ci ildəkindən 40 faiz (2015-ci ildə 250 olub) çoxdur. Təhsil Nazirliyindən verilən məlumata görə, qazanılan uğur 2015-ci ilin dekabrında bu qurum ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinin nəticəsidir. Belə ki, əməkdaşlıq nəticəsində ilk dəfə ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları, monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib. Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin təxminən yarısı universitet alimlərinin əqli məhsullarıdır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV