Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Festivalı məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçiririk” – Səfir
Tarix: 09.09.2017 | Saat: 15:20:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu gün Heydər Əliyev adına Sarayda sayca ikinci olan İndoneziya mədəniyyət festivalının açılış mərasimi keçirildi.

Hafta.az-ın məlumatına görə, açılışdan əvvəl sarayın foyesində geniş sərgi təşkil edildi. Sərgidə İndoneziya xalqına məxsus zəngin mədəniyyət nümunələri nümayiş olundu. Böyük maraqla izlənən sərgidən sonra açılış mərasiminə start verildi.

 


Çıxış edən İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani bildirdi ki, mədəniyyət festivalının keçirilməsi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinə təsadüf edir. Diplomat artıq iki ildir ki, Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirdi:


"İki dost ölkə olan İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda sıx əməkdaşlıq edirlər. Elə bu festivalın da dərin mənası var. Hər kəs bilsin ki, mədəniyyət festivalını Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçiririk. Budur, bu günki konsertimizdə 1000-ə yaxın azərbaycanlı qaçqın və məcburi köçkün qonaq qismində iştirak edir ".


İndoneziyada 1340 etnik qrup olduğuna diqqət çəkən səfir Azərbaycanın da zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğuladı:

"Hər iki ölkə başa düşür ki, tolerantlıq və həmrəyliyin inkişafı vacibdir. Çünki müxtəliflik bizi zənginləşdirir. Hesab edirəm ki, bu festival iki ölkənin maraqlarına uyğun güclərini birləşdirmək sahəsində körpü rolunu oynayacaq".


Sonra Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, deputat Qənirə Paşayeva və İndoneziyadan gələn bir sıra qonaqlar çıxış etdilər.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdirildi. İndoneziyanın məşhur caz ifaçısı Dhiki Darmavanın çıxışı və peşəkar rəqqasların ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri tamaşaçılara təqdim olundu.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV