Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Uşaqdan akademik düzəltməyə çalışmayın – Həkim məsləhəti
Tarix: 12.09.2017 | Saat: 15:08:00
Bölmə:Gündəm | çapa göndər

Yeni tədris ili yaxınlaşınca ənənəvi qayğılar başlayır – uşaqların sağlığı, əlavə məşğələlər, dərs saatlarına görə düzgün qidalanması və sair.


Hafta.az həkim-pediatr Vaqif Qarayevin bununla bağlı məsləhətlərini təqdim edir.

1. Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın. Bir neçə ay məktəbə, mühitə, sinifə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin.
2. Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasıyası eyni cür olmur. Ona görə nə qədər oxuya bilirsə o qədər oxuyacaq.
3. Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil! Əksinə, həmişə ruhlandırmaq lazımdır!
4. Mövsümlə bağlı havalar tez tez dəyişəcək. Ona görə uşağın çantasında nisbətən qalın geyim olsa yaxşıdır. Yağışlı, çiskinli hava uşağın ovqatına da pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq lazımdır.
5. Əgər uşaq uzadılmış saatlara gedirsə, dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatsa yaxşıdır. Axşamlar saat 21.30-dan gec olmayaraq yatağa girməlidir.
6. Dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil. Yorulacaq! Hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar.
7. Uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Məktəbin bufetində satılanları yox, özünüzün hazırladığınız buterbrod və s. kimi yeməkləri yesə yaxşıdır. Qida rasionunda meyv-tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə (şirə kimi yox) qəbul eləsin. Gündəlik menyuda ət yeməkləri də olmalıdır.
8. Çanta problemi dəyişilməz qalır. Əgər özü daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 10 faizi qədər olmalıdır. Yəni, 6 yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kq olmalıdır.
9. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalıdır. Uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdı. Yoxsa qamətində deformasiya yaranacaq.
10. Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə müqavimətini qorumuş olarıq.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017