Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kataloniya və Kürdüstanın müstəqilliyi bütün dünya üçün təhlükəlidir” - ŞƏRH
Tarix: 12.09.2017 | Saat: 18:00:00
Bölmə:Siyasət | çapa göndər

“Kataloniya və Kürdüstan məsələsini Azərbaycanın ərazi bütövlüyünün pozulması faktoru ilə eyniləşdirmək olmaz. Bu nə tarixi, nə də hüquqi baxımdan doğru deyil. Bütün hallarda, həm İspaniya həm də İraq ərazilərinin ayrılmaz hissəsində referendumun keçirilməsi və separatizm dalğasının stimullaşdırılması bütövlükdə yeni mərkəzdənqaçma meyllərinin, faciəvi hadisələrin baş almasına gətirib çıxara bilər. Bu da ümumilikdə bütün dünya üçün təhlükəlidir”.


Bunu hafta.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Kataloniyada keçiriləcək referendumun İspaniyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnəcəyini gözləmirəm. Prinsip etibarı ilə bu katalonlar üçün çox ciddi problem yarada bilər:
“Kataloniya İspaniyanın tərkibində muxtar bölgədir və uzun illərdir ki, bu problem davam edir. Hətta bir neçə dəfə katalonlar referendum keçirməyə, müstəqilliklərini elan etməyə cəhd göstəriblər. Buna baxmayaraq, onların istəyi baş tutmayıb. Bu bölgənin İspaniyadan ayrıca yaşamaq, inkişaf etmək imkanları yoxdur. İqtisadi baxımdan tam olaraq İspaniyanın nəzarəti altındadır. Oranın iqtisadi sistemi altında olan bir bölgədir. Kataloniyanın Madridin nəzarətindən çıxması Avropada yeni disidentlərin yaranmasına səbəb ola bilər. Analoji nüanslar bir sıra Qərb dövlətlərində, o cümlədən İtaliyada, Fransada da var. Belçikanın özü faktiki olaraq bir neçə bölgədən ibarətdir. Yəni, bütövlükdə Avropa İttifaqına üzv olan bütün dövlətlərdə mərkəzdənqaçma problemləri yaşana bilər. Üstəlik Kataloniya müstəqil olarsa, onu Avropa İttifaqından çıxaracaqlar, onun həmin quruma müstəqil dövlət kimi qəbul edilməsi qeyri-mümkündür. İspaniyanın həmin qurumda təmsil olduğu müddətdə nə qədər çalışsa da üzv ola bilməyəcək. İttifaqdan kənarda müstəqil dövlət kimi fəaliyyəti Kataloniyanın iflası deməkdir”.

Elçin Mirzəbəyli hesab edir ki, İraq kürdlərinin referendum məsələsi isə bir qədər fərqlidir:


“Tarixən Azərbaycan türklərinin – türkmanların yaşadığı ərazilərdə formalaşdırılıb. Bu gün bölgə dövlətlərinin əksəriyyəti Kürdüstanın dövlət kimi formalaşmasının əleyhinədir. İraqın ərazi bütövlüyünün pozulması çox ciddi presidentlərə səbəb ola bilər. Dağlıq Qarabağ məsələsi isə bunların hər ikisindən fərqlidir. Çünkiseparatizmdən daha çox işğal faktoru var. Yəni, separatizm burada işğalın tərkib hissəsidir. Azərbaycan ərazilərinin işğalı nəticəsində həmin ərazilərdə separatçılıq formalaşdırılıb”.


Onun sözlərinə görə, bu aspektdən də digər iki separatizm faktorunu Dağlıq Qarabağ məsələsi ilə eyniləşdirmək mümkün deyil. Bütövlükdə münaqişə ilə bağlı bütün danışıqlar prosesində masada olan prinsiplər arasında referendum faktoru da var:
“Azərbaycan konstitusiyasına görə, referendum ölkə ərazisinin hər hansı bir hissəsində ayrıca formada keçirilə bilməz. Keçirilsə belə, bunun heç bir hüquqi əsası olmayacaq. Kataloniya və Kürdüstan məsələsini Azərbaycanın ərazi bütövlüyünün pozulması faktoru ilə eyniləşdirmək olmaz. Bu nə tarixi, nə də hüquqi baxımdan doğru deyil. Bütün hallarda, həm İspaniya həm də İraq ərazilərinin ayrılmaz hissəsində referendumun keçirilməsi və separatizm dalğasının stimullaşdırılması bütövlükdə yeni mərkəzdənqaçma meyllərinin, faciəvi hadisələrin baş almasına gətirib çıxara bilər. Bu da ümumilikdə bütün dünya üçün təhlükəlidir”.


Qeyd edək ki, İraq kürdləri sentyabrın 25-də, İspaniyadakı katalonlar isə bundan bir həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəkləri haqda bəyanat veriblər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind