Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məzun ola bilməyənlərə əlavə şans
Tarix: 12.09.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Sentyabrın 16-da həmin gənclər üçün respublikanın 3 şəhərində buraxılış imtahanları təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün sentybarın 16-da əlavə imtahan keçirəcək. Mərkəzdən verilən məlumata görə, buraxılış imtahanları Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 223, II mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagirdin iştirakı gözlənilir. İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 128 nəzarətçi-müəllim ayrılıb. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Xatırladaq ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin ötən il verdiyi qərara əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədrisi Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.
Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq tipli, ikinci mərhələdə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində hər iki mərhələdə imtahanın müddəti 45 dəqiqədir.
Qeyd edək ki, ümumi orta (9 illik) səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsi bu il 5-i, 12-si, 18-i mart və 16-sı aprel tarixlərində keçirilib və şagirdlərin imtahan nəticələri DİM-in saytında yerləşdirilib.
Bundan başqa, qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılır. Şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənir (85 bal) və attestatına yazılır. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti təhsil sənədinə qeyd olunur.
Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılır.
Nazirlər Kabinetinin ötən il verdiyi qərara əsasən, tam orta təhsil səviyyəsini (XI) əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanı verirlər. Bu hallarda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazmalıdırlar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən imtahan verməlidirlər.
Yeri gəlmişkən, bu il ilk dəfə olaraq buraxılış imtahanlarında məzunlardan esse yazmaq da tələb olunub. Məsələn, statistik məlumatlara görə, bu il umumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 27074 şagird inşa (esse) yazıb. İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilib. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 6276 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib. 268 şagirdin nəticəsi isə yazdığı inşada (essedə) özünü tanıtma ilə bağlı məlumatlar (ad, soyad, ata adı, ana adı, oxuduğu məktəb, məktəb direktorunun adı, soyadı və s.) qeyd edildiyindən ləğv edilib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017