Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yuxulu məktəblilər - dərs saatı dəyişdirilə bilərmi?
Tarix: 12.09.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Hər il yeni tədris ili öncəsi müzakirə olunan məsələlərdən biri də dərslərin başlanma saatı ilə bağlı olur. Bununla bağlı bəzi pedaqoqlar dəfələrlə təkliflə çıxış ediblər. Kimi I siniflərdə dərslərin gec başlanmasının müsbət, kimisi də mənfi tərəflərinin olduğunu söyləyir.

Hələ iki il əvvəl də Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Azərbaycanda bütün ölkə üzrə orta məktəblərin I siniflərində dərs saatlarının digər siniflərlə müqayisədə yarım saat və ya 1 saat geç başlanılmasını təklif etmişdi. O, fikrini belə əsaslandırmışdı: “Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar”.
Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək, bu reqlamenti özləri müəyyən edə bilərlər.
Məsələ yenə gündədmədir. Bəzi valideynlər tıxacı və uşaqların yuxudan gec oyanmasını əsas gətirərək, dərslərin saat 8:00-da deyil, bir saat gec – 9:00-da başlanmasını təklif edirlər.
Bəs görəsən, bir saat fərqin məktəbə yeni qədəmlərini qoyan şagirdlərin qavrama qabiliyyətinə hər hansı formada müsbət və yaxud mənfi təsir göstərə bilərmi?
Əməkdar müəllim Asif Cahangirov deyir ki, I siniflərdə dərslərin 1 saat gec başlanması düzgün təklifdir: “İndi hamı uşağını öz evinin yanındakı məktəbə qoymur ki? Hərə uşağı bir ərazidən başqa əraziyə məktəbə aparır. Bəllidir ki, səhər saatlarında, xüsusilə dərs ili başlayandan sonra yollarda həmin vaxtda tıxac olur. Çoxu uşağı vaxtında aparıb məktəbə çatdıra bilmir. Birinci sinifdə isə uşağın dərsə gecikməsi onun müəyyən bilikləri əldə etməsindən geri qoya bilər. İlk dərs ilində şagird üçün bu arzuolunan hal deyil. Ona görə də, dərslərin 1 saat gec başlaması onun dərsə davamiyyətinə, nizam-intizamına təsir edə bilər. Ümumilikdə, mən bu təklifi dəstəkləyirəm”.
Vaxtdan asılı olaraq dərsi qavramaya gəlincə, A. Cahangirov günün birinci yarısında dərslərin keçirilməsinin mühüm əhəmiyyəti olduğunu deyir. Onun sözlərinə görə, günün birinci yarısında uşaqların qavrama qabiliyyəti yüksək olur. O, ibtidai siniflərdə dərslərin saat 9-dan gec olmayaraq başlamasının yaxşı təklif olduğunu desə də, bu vaxtın tətbiqinin ibtidai siniflərə tətbiqinin düzgün olmadığı fikrindədir: “Dərslərin birinci siniflərdə 9-dan gec olmayaraq başlamasının mən də tərəfindəyəm. Amma bu saatı bir qədər də uzatmaq, yəni saat 12-ə salmaq düzgün deyil. Üstəlik, bu təklif ibtidai sinif üçün də keçərli ola bilməz. Çünki valideynlərin sosial problemləri də var. Ana, ata uşağı ibtidai sinifdə oxuyursa, mütləq tezdən onu məktəbə aparmalıdır. Saat 12-ni gözləsə, özü də işə gecikə bilər. Üstəlik, məktəblər bir neçə növbəlilik prinsipi ilə işləyirlər. Bu zaman bölgünü də aparmaq çətin olar”.
Ölkənin baş pediatrı Nəsib Quliyev isə uşaqların erkən vaxtda yuxudan qaldırılmasının düzgün olmadığını söyləyir. N. Quliyev deyir ki, hər bir insanın bədəninin öz bioloji saatı var. Əgər 6 yaşlı uşaq çox erkən yuxudan qaldırılırsa, bu onun bioloji saatının pozulmasına səbəb olur. Belə halda isə uşaqda yuxusuzluq, yorğunluq, aqressiya, iştahsızlıq halları müşahidə olunur: “İndi yollarda vəziyyət elədir ki, bir ərazidən başqa əraziyə uşağı məktəbə aparan valideyn gərək uşağı yuxudan dərsin başlandığı saatdan, ən azı, iki saat tez qaldırsın. Əks halda, yollarda tıxac üzündən uşaq dərsə gecikəcək. Belə olan halda isə uşağın bədəninin bioloji tarazlığı pozulur. Bu isə maddələr mübadiləsinə öz təsirini göstərir. Uşaq heç vaxt həmin saatda yuxudan durub, yemək yeyə bilmir. Yemək yemək üçün gərək, ən azı, yarım saat açıq havada olsun ki, iştah açılsın. Üstəlik yuxusuzluq onun əsəb sisteminə mənfi təsir göstərir. Uşaq aqressiv olur, bu onun sinifdə özünü aparmasına, yoldaşları ilə münasibətində büruzə verir”.
N. Quliyev 6 yaşdan məktəbə gedən uşaqlara güzəştin olmasının müsbət hal kimi dəyərləndirdiyini söyləyir. Onun fikrincə, bu, az da olsa uşağın yatıb-dincəlməsinə müsbət təsir göstərəcək.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, bu problemin əsas səbəbi, uşaqların evlərindən uzaq məsafələrə dərsə getməsidir: “Valideynin uşağı öz yaşadığı ərazinin yaxınlığında yerləşən məktəbə qoyması daha məqsədəuyğundur. Məsələn, Mərdəkandan şəhərin mərkəzinə dərsə uşaq gətirirlər, sözsüz ki, balacalar üçün bu çox böyük fiziki və psixoloji əzabdır. Məktəblər, artıq 5 günlük sistemə keçib və dərslər ən gec saat 8-də başlamalıdır ki, sonrakı növbə üçün də yer olsun. Buna səbəb, məktəblərin daha çox yüklənməsi və şagird çoxluğudur. Daha yaxşı olar ki, uşaqlar yaşadıqları ərazidəki məktəblərə getsinlər və çox tez durmaq məcburiyyətində qalmasınlar. Uşaqların dərsdə yuxulamasının səbəbi odur ki, valideyn evdə onların yuxu rejiminə nəzarət etmir. Uşaqlar saat 12:00-a kimi oyaq qalırlar, gec yatırlar. Gecənin yarısına qədər televizor qarşısında oturan və ya internetdə oyun oynayan azyaşlı uşaq təbii ki səhər tezdən dura bilməyəcək. Uşaqların konkret rejimi olmalıdır, dərslə məşğul olmaq, dincəlmək, yatmaq vaxtları dəqiq olmalıdır və buna riayət edilməlidir. Bu uşaqların daha uğurlu olmasına səbəb olacaq. Saat 9-da əksər dövlət idarələrində iş başlayır. O zaman valideynlər deyəcək ki, bizim işimiz başlayır və ya yolda tıxac olur. Bir məsələdə həmişə hər kəsi qane etmək olmur. Bu dərs cədvəli də qəbul edilən zaman müzakirə edilib, sorğular keçilib, yekun rey olaraq qəbul edilib. Məktəblərdə dərslər ən gec 08:30-da başlayır”.
Mövzu ilə bağlı həm Təhsil Nazirliyinə, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Hər iki qurumdan bildirdilər ki, orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Nazirlikdən məktəblərin bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edildiyi bildirildi. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV