Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda cinsi azlıqlara xidmət edən klub tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 12.09.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

“Xəzər” telekanalı Bakıda cinsi azlıqlara xidmət edən klub barədə reportaj hazırladı. Repotajda deyilir:”Fəaliyyətə əsasən axşam saatlarında başlayır və gecə səhərə qədər davam edir. Müştərilər isə elə ilk baxışdan klub haqqında mənfi fikrin formalaşmasına səbəb olurlar. Söhbət “Hollywood cinema club” şəbəkəsinin Badamdar, 77 ünvanında yerləşən klubundan gedir. Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, kluba gələnlər, əsasən, cinsi azlıqların nümayəndələridir. İddialara görə, klub “cinema” adı altında fəaliyyət göstərsə də, əslində, içəridə baş verən gizli məqamlar da var. Belə bir klubun yaşayış məntəqələrinin yaxınlığında fəaliyyət göstərməsi isə insanları çox narahat edir. Klubun sahibi Əliyar Qasımov deyir ki, bütün müştərilərə eyni münasibət göstərirlər. Yəni kiməsə xarakterinə görə kluba girməyə qadağa qoya bilməzlər. Bəli, Azərbaycan tolerant ölkədir, buna baxmayaraq, həm də bir Şərq ölkəsi kimi milli dəyərlərinə bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır...”.


İcra hakimiyyətinin şöbə müdiri bıçaqlandı


Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlandı. Hafta.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Azərbaycanlı “İŞİD”ə avtomobil satmaqda suçlandı


Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları Suriya və İraqda satmaq məqsədilə “lüks” avtomobillərin oğurluq sxemini aşkarladı. Virtualaz.org yerli “Fontanka” nəşrinə istinadla xəbər verir ki, avtomobillər qondarma şəxslərin adına alınır, sonradan onlarda quraşdırılmış qaçırılmaya qarşı “COM” mühafizə sistemi söndürülür, maşınlar özləri isə digər ölkələrə, o cümlədən “İŞİD”in nəzarəti altında olan bölgələrə aparılır. Hazırda “Lexus LX570” markalı avtomobilin oğurlanması barədə məlumat vermiş Azərbaycan vətəndaşı Ədalət Qənbərov barəsində istintaq hərəkətləri aparılır. Avtomobildə iki mühafizə sistemi quraşdırılıb ki, bunlardan biri onu qaçıranlar tərəfindən söndürülüb, lakin yeni sahibindən xəlvəti yerdə quraşdırılmış ikinci mühafizə sistemi işlək vəziyyətdə qalıb. Bu səbəbdən də avtomobili satan salonun rəhbərliyi onun İraqın Ərbil şəhərində olmasını müəyyən edə bilib.


Kilsədə müqəddəs suyun yerinə konyak tökdülər


Naməlum şəxslər kilsədəki müqəddəs suyu konyakla əvəz etdilər. Hafta.az-ın “Mir24” telekanalına istinadla verdiyi xəbərə görə, gözlənilməz olay Fransanın Şato-Şalon kəndində baş verib. Spirtli içki qoxusunu kilsəyə girərkən turistlər hiss ediblər. Buna təəccüblənən əcnəbilər bələdçidən bu qoxunun haradan gəldiyini, kilsədə konyak saxlamağın yerli adət olub-olduğunu soruşublar. Yerli hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində bəlli olub ki, içində müqəddəs su olan qaba bir litr konyak boşaldılıb. Kilsədə təhlükəsizlik xidməti olmadığında baş verənləri dərhal fərq etmək mümkün olmayıb. Şato-Şalon meri Kristian Vuilyem isə bunun xoşməramlı zarafat olduğunu bildirib. İnsidenti törədənlərin kimliyi isə hələ də müəyyənləşməyib.


Bələdiyyə sədri cərimə olundu


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirildi. ETSN-nin mətbuat xidmətindən bildirilib ki, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkarlanıb. Faktla bağlı ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.09.2017
21.09.2017