Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərişıq" genişmiqyaslı yenidənqurma həyata keçirir
Tarix: 13.09.2017 | Saat: 12:22:00
Bölmə:Sosial | çapa göndər

“Azərişıq” ASC Mərkəzi Aran regionunda genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.

ASC-dən hafta.az-a verilən məlumata görə, Mingəçevir və Naftalan şəhərləri, Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.

Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 yeni yarımstansiya tikilir.

Mərkəzi Aran rayonlarında 756 ədəd yüksək gərginlikli, 65.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətləri tikilib, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilib.

Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib, elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarəedilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017