Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfiri İnşaat və Memarlıq Universitetində
Tarix: 13.09.2017 | Saat: 12:05:00
Bölmə:Sosial | çapa göndər

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini ilə Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova arasında görüş keçirilib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, görüşdə müxtəlif mövzulara toxunulub. Ən çox müzakirə mövzusu isə Meksika universitetləri ilə İnşaat və Memarlıq Universiteti arasında əlaqələrin qurulması olub. Bu xüsusda, rektor G.Məmmədova memarlıq sahəsində ixtisaslaşan Meksika institutlari ilə təmas qurmaqda maraqlı olduğunu ifadə edib.

Səfir Labardini, öz növbəsində, Mexiko şəhərindəki yüksək səviyyəli təhsil ocaqlarından, o cümlədən Puebla, Quanaxuato, Verakruz və bu kimi digər şəhərlərdə yerləşən ali təhsil ocaqlarının təqdim etdiyi imkanlardan söz açıb.

Tərəf memarlıq və inşaatda olan aktual problemləri, eyni zamanda, onların həlli yollarını müzakirə edib, bu sahəyə aid fikir və təcrübələrini ortaya qoyublar.

Meksika memarlığı dedikdə ölkə hazırkı ərazisində həyata keçirilmiş tikinti və dizayn işləri, eyni zamanda, xarici ölkələrdə meksikalı memarlar tərəfindən yaradılan layihələr nəzərdə tutulur. Özündə ispanların gəlişindən əvvəlki və müstəmləkə dövrlərinin təsiri ilə müasir elementləri cəmləşdirdiyinə görə seçilir.
Müxtəlif şəhərlərin tarixi mərkəzlərinin ümumi sayı daxil olmaqla, Meksikanın memarlıq abidələrinin çoxunun bədii əhəmiyyəti sayəsində ölkə UNESCO tərəfindən Bəşəriyyətin İrsi elan olunan məkanların sayına görə Amerika qitəsində ilk yeri tutur.

Dostluğun rəmzi olaraq, səfir Labardini meksikalı heykəltəraş Xorxe Marinin xatirə kitabını rektora təqdim edib. Adıçəkilən ustadın 10 monumental əsəri “Varlığın canlanması” sərgisi çərçivəsində 2016-ci ilin oktyabr ayından etibarən Heydər Əliyev Mərkəzində nümayiş olunur. Səfir Labardini sözügedən əsərlərin universitet tələbələrinin ilham mənbəyinə çevriləcəyini arzulayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017